Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə232/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   ...   446
DERMATOLOGİYA-dərslik 1

Laborator məlumatlar 
İkincili anemiyalar, yüngül eozinofiliya ilə birgə leykositoz və EÇS-nin artması sə-
ciyyəvidir. Qanda albuminin miqdarı aşağı düşə bilər. Qan zərdabında IgE-nin göstə-
riciləri xəstələrin 60%-də artmışdır. Spesifik daxili dəyişikliklər laborator metodlarla 
təyin edilə bilmir.
Histopatologiya
Qovuqların kənarları boyunca epidermislə buynuz qat arasında xırda mikroqovuq-
cuqlar müşahidə olunur. Qovuqlar nahiyəsində onun əmələ gəlməsi subepidermal çat-
ların yaranması nəticəsində baş verir. Qovuğun divarı bütövlükdə epidermisdən ibarət-
dir, əvvəldə degenerativ dəyişikliklər olmur. Qovuğun möhtəviyyatında fibrin sapları 
ilə olan zərdab, eozinofil leykositlər aşkar edilir. Qeyri-iltihabi tip bullyoz pemfiqoid 
zamanı dəri dəyişiklikləri yalnız limfositlərdən və bir neçə eozinofil qranulositlərdən 
ibarətdir və çox az hallarda meydana çıxan iltihabi infiltratlar şəklində özünü büruzə 
verir. İltihab tipli bullyoz pemfiqoid zamanı, əksinə, xəstəliyin ağırlıq dərəcəsindən asılı 
olaraq, buynuz qatda vaskulit əlamətləri nəzərə çarpır ki, o da endotelinin ödemi, kapil-
yarların divarlarının qalınlaşması və limfositlərdən, cüzi leykoplaziya ilə birgə neytrofil 
leykositlərdən və müxtəlif sayda eozinofil leykositlərdən ibarət perivaskulyar infiltratla 
xarakterizə olunur. Bəzən məməciklərdə neytrofillərin və eozinofillərin məhdud toplan-
tısı nəzərə çarpır ki, bu da herpesformalı dermatit zamanı məməciklərarası mikroabsesi 
xatırlamağa əsas verir. Qovuğun yaranmasına səbəb olan çatlar elektron mikroskopiyası 
zamanı bazal hüceyrələrin sitoplazmatik membranı və Lamina lucida daxilində bazal 
membranın Lamina densa hissəsində - autoimmun reaksiyanın yerində yerləşir.
Qovuğun dibindən götürülmüş yaxmanın sitologiyası
Qovuq akantolitik olmadığı üçün pemfiqus hüceyrələri də aşkar edilmir. Tsank testi 
mənfidir.
İmmunoloji müayinələr
Düz immunflüoressensiya qovuq nahiyəsində, onun kənar hissəsində və sağlam də-
ridə immunqlobulinlərin çöküntülərinin və komplementin amillərinin bazal membran 
zonası nahiyəsində (Lamina lucida daxilində) olduğunu təsdiq edir - onlar səciyyəvi 
xətti şəklə malikdirlər. C3 çox vaxt IgG, əsasən də IgG2 və IgG4 sinifləri, az hallarda
IgA və ya IgM ilə birlikdə aşkar edilir. Çox nadir hallarda - ilk öncə xəstəliyin erkən 
mərhələlərində - yalnız C3 olması təsdiq edilir. Qeyri-düz immunflüoressensiya xəstələ-
rin 70-80%-nin qan zərdabında bazal-membran zonasının anticisimləri qismində dövr 


338
edən anticisimlərin (pemfiqoid əkscisimlərin) olmasını təsdiq edir ki, onlar da in vivo 
birləşmiş pemfiqoid anticisimləri kimi çoxqatlı epitelinin bazal-membran zonası ilə bir-
ləşir və immunflüoressensiyanın xətti şəklini yaradır. Qeyri-düz immunflüoressensiya 
üçün uyğun gələn susbtratlar - meymunların yemək borusu və ya xörək duzunda pre-
parat halına salınmış normal insan dərisi götürülür ki, orada xörək duzunun birmolyarlı 
məhlulunda erkən inkubasiya vasitəsilə çatın yaranması (Lamina lucida-da) induksiya 
olunmuşdur; burada IgG yerləşir presipitatlar – çox vaxt dərinin epidermal tərəfində 
lokalizasiya edir. Qan zərdabında dövr edən pemfiqoid anticisimləri əsas etibarilə IgG
sinfinə, təqrbən 25%-i IgA sinfinə aiddir. Anticisimlərin titri və xəstəliyin fəalaşması 
arasında ciddi korrelyasiya əlaqəsi yoxdur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin