Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə235/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   231   232   233   234   235   236   237   238   ...   446
DERMATOLOGİYA-dərslik 1

Laborator məlumatlar
Qovuğun dibindən götürülmüş yaxmanın sitologiyası
Akantolitik pemfiqus hüceyrələri aşkar edilmir.
Histopatologiya 
Akantoliz əlamətləri olmadan subepidermal qovuqların yaranması səciyyəvidir. Buy-
nuz qatın yuxarı hissəsində limfositlərdən, plazma hüceyrələrindən, həmçinin eozinofil 
leykositlərdən ibarət iltihabi infiltrat görünür. Sonralar fibroz, anqioplaziya və çapıqvari 
büzüşmə ilə birgə bazal-membran zonasının daxilində güclü fibroblastik fəallaşma aşkar 
edilir.
İmmunoloji müayinələr
Selikli qişanın biopsiyalarında xəstələrin 60-80%-də düz immunflüoressensiya va-
sitəsilə bazal-membran zonasında yalnız IgG-nin, yaxud da IgA ilə kombinasiyalarda 
xətti çöküntülərin olması təsdiq edilir. Konyunktivanın bazal membranında çox vaxt S3 
çöküntüləri və fibrinogen aşkar edilir. Əgər düz immunflüoressensiya mənfi nəticə ve-
rirsə, ocağın ətrafındakı eritemadan yenidən biopsiya götürmək lazımdır. Qeyri-düzgün
immunflüoressensiyanın vasitəsilə yalnız 10-20% xəstənin qan zərdabında dövr edən 
IgG və ya IgA sinfi pemfiqoid anticisimlərin (antibazal-membran zonanın anticisimləri)
olması təsdiq edilir; lakin onların titri hətta prosesə eyni vaxtda dəri qoşulduqda belə, 
çox aşağıdırlar. Selikli qişanın çapıqlaşan pemfiqoidi zamanı yaranan autoanticisimlərin 
bazal-membran zonasının daxilində pemfiqoid anticisimləri və ya qohum antigen komp-
leksi ilə əlaqəyə girməsi hələ tam müəyyən olunmamışdır. Düz immunflüoressensiya 
metodu ilə antigen xəritələnməsi metodu ilə qovuğun dibində IV tip kollagen anticisim-
lər birləşirlər: yunktional qovuq.


341
Elektron mikroskopiya 
Elektron mikroskopiyasında çapıqlaşan pemfiqoid zamanı anticisimlərin daha çox 
pemfiqoid antigenin ekstrasellülyar sahəsində birləşməsi aşkar edilir. Selikli qişaların ça-
pıqlaşan pemfiqoidi ilə bəzi xəstələrdə klinik şəkildə epiliqrinə qarşı anticisimlər nəzərə 
çarpır; epiliqrin (yaxud BM 600) lamina lucida-da yerləşir və adheziya proteinini təmsil 
edir ki, bu da bazal keratinositlərin bazal-membran zonası ilə birləşməsinə imkan verir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin