Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə231/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Simmetrik səpgilərin ən çox yerləşdiyi nahiyələr boynun yan tərəfləri, qoltuqaltı 
çüxurlar, inqvinal büküşlər, budun içəri səthi və qarnın yuxarı hissəsi sayılır. Sağlam gö-
rünən dəridə, lakin çox vaxt eleviasiya olunmuş eritemalarda səbəbsiz, qəflətən çox vaxt 
qəribə formalı şəffaf möhtəviyyatı olan bərk qovuqlar əmələ gəlir. Onların diametri bir 
neçə millimetrdən bir neçə santimetrə qədər çatır. Əvvəlcə səpgilər çoxformalı eritemanı 
xatırladır. Sonralar qovuqların bir hissəsində hemorragik ifrazat əmələ gəlir, tamlığın 
subepidermal pozulması nəticəsində məməcikli qatın səthi kapilyarları dağılır. Ona görə 
də, yaranan eroziyalar hemorragik qartmaqla örtülür. Bərk qovuqlar vulqar pemfiqusa 
nisbətən daha çox davamlıdırlar, çünki onların divarlarını bütün epidermis təşkil edir. 
Onlar deşildikdə kənarları boyunca qovuğun qalıqları olan eroziyalar əmələ gəlir və on-
lar kənardan başlayaraq sağalırlar. İntertriqinoz sahələrdə qovuqlar maserasiya nəticə-
sində sürətlə deşilirlər, yastı, bəzən hemorragik qartmaqla örtülmüş eroziyalar yaranır. 
Əgər qəribə formalı qovuqlar qrup şəklində əmələ gəlirsə, onda xəstəlik herpesformalı 
dermatiti xatırlada bilər.
Ağız boşluğunun selikli qişasında kiçik qovuqlar və ya çox vaxt ikincili, fibrin çö-
küntüləri əmələ gətirmədən dəqiq sərhədlərlərə malik eroziyalar şəklində baş verən dəyi-
şikliklər 20-30% halda meydana çıxır və ağrı hissiyyatı ilə müşayiət olunur. Sağalmağa 
az meyllidirlər. Bullyoz pemfiqoid zamanı ağız boşluğunun selikli qişasının birincili və 
nadir rast gələn əlamətləri formasında eroziv dəyişikliklərin olması az hallarda baş verir. 
Digər selikli qişalarda, məsələn, qırtlaq, udlaq, konyunktiva və genital-anal nahiyədə 
dəyişikliklər çox az hallarda təsadüf edir.
Əmələ gələn səpgilər qaşınmağa başlayır, eroziyalar ağrılı olur. Bəzən qaşınma qo-
vuğun əmələ gəlməsindən bir neçə ay əvvəl meydana çıxan yeganə əlamət sayılır. Baş-
lanğıcda xəstənin ümumi əhvalı yaxşıdır. Xəstəliyin gedişində residivləşən səpgilərin 


337
yaranması, iştahanın olmaması, çəkinin azalması nəticəsində ümumi zəifik və tempe-
raturun artması halları baş verir.
Xəstəlik bir neçə ay və illər boyunca residivlər və remissiyalarla bərabər xronik for-
mada keçir. Müalicə aparılmadıqda letal göstəricisi vulqar pemfiqus ilə müqayisədə aşa-
ğıdır. O, 40%-ə bərabərdir və ikincili ağırlaşmaların, məsələn, bakterial infeksiyaların 
– bronxopnevmoniya, sepsis nəticəsində baş verir. Zəif konstitusiyalı yaşlı şəxslərdə 
proqnozu vermək çətindir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin