İmmunoloji müayinələr Herpesformalı dermatoz zamanı qeyri-düz immunflüoressensiya vasitəsilə əldə olu-
nan ən mühüm diaqnostik meyar - dermal məməciklərin uclarında və bazal-membran
zona boyunca, az hallarda həmçinin dermal qan damarlarının ətrafında IgA-nin qranul-
yar çöküntüləri (çox vaxt S3 ilə birlikdə) hesab edilir. Demək olar ki, qranulyar presipi-
tasiya nümunəsi aşkar edilən xəstələrin hamısının nazik bağırsağında qlütensensitiv en-
teropatiyaya oxşar dəyişikliklər vardır. IgA-nin çöküntüləri xəstəliyin intensivliyindən
asılı olmayaraq rast gəlirlər, lakin müntəzəm aparılan qlütin pəhrizi zamanı onlar uzun
müddət reqressiya edə bilərlər. Onlar əsasən IgA yarımsinfinə aiddirlər və tək ölüçülü və
iki ölçülü formalarda mövcuddurlar. Ultrstruktur müayinədə dəridə IgA-nin qranulyar
çöküntüləri herpesformalı dermatozun cisimlərinə uyğun gəlir, onları məməcikli qatda
kollagen liflərin və ya elastik mikrofibrillərin ətrafında aşkar etmək olar.
Herpesşəkilli dermatoz zamanı qan zərdabında epidermisin və ya bazal-membran
zonasının antigenlərinə qarşı anticisimlər aşkar edilmir, halbuki digərləri– əvvəlcə IgA
sinfi müəyyən olunur. Buraya aiddir: endomiziyanın IgA-anticisimləri, nazik bağırsa-
ğın IgA-anticisimləri və retikulinin IgA-anticisimləri. Onlar assosiasiyalı qlütensensitiv
enteropatiya ilə əlaqədar meydana çıxır və herpesformalı dermatoz zamanı nazik bağır-
sağın prosesə cəlb olunmasının seroloji markerləri sayılırlar, onların olması xəstələ-
rin 70-80%-də təsiq edilir. Qlütensiz pəhrizlə qidalandıqda onlar tədricən itirlər, tək-
rarən qlütenli qidaya keçdikdə yenidən yarana bilərlər. Qeyri-düz immunflüoressensiya
müxtəlif antigen substratlarına qarşı IgA-anticisimlərin yarandığını sübut edir ki, bu
da vahid fikrin formalaşmasına gətirib çıxarır: antigen spesifikliyi nəzərə alınaraq, çox
güman ki, onlar da oxşardırlar. Qlialin anticisimləri ilə çarpaz reaksiyalar (hansı ki, her-
pesformalı dermatoz zamanı da rast gəlirlər) nəzərə çarpmır.