330
lərdə, həmçinin müalicə dayandırıldıqdan sonra bullyoz pemfiqoiddə olduğu kimi bö-
yük gərgin qovuqlar əmələ gələ bilər (iriqovuqlu və ya bullyoz herpesformalı dermatit).
Lixenifikasiyaya meylli ekzematoz dəyişikliklər də əlavə oluna bilər. Xəstələrin 50%-də
dərinin zədələnmiş sahələrində ikincili hiperpiqmentasiya aşkar edilir.
Simptomatik baxımdan dəri əlamətlərinin olduğu yerdə güclü və çox göynəyən qa-
şınma nəzərə çarpır. Güclü qaşınmaların yerində izlər qalır, onlarda impetiginizasiyaya
uğraya bilərlər. Ona görə də, xəstəliyin diaqnostikası mürəkkəbdir. Residivlər, qaşın-
manın yerləri və impetiginizasiya elə bir klinik şəkil yaradır ki, cutis vagantium -dan
şübhələnməyə əsas verir.
Herpesşəkilli dermatit zamanı qlütensensitiv enteropatiya
Xəstələrin təqribən 70%-nin nazik bağırsağında seliakiya zamanı meydana çıxan ox-
şar dəyişikliklər əmələ gəlir. Buraya xoraların müxtəlif intensivlikli atrofiyası, limfosit-
lərdən ibarət iltihabi infiltratlar və nazik bağırsağın epitel qişasında enzimatik fəallığın
pozulması aiddir. Lakin xəstələrin təqribən 30%-də nazik bağırsağın selikli qişası his-
toloji və funksional baxımdan normadadır. Herpesformalı dermatoz zamanı mədə-ba-
ğırsaq yolu haqqında aşağıdakı məlumatlar əldə oluna bilər: qlütensensitiv enteropatiya,
bağırsağın xovlarının atrofiyası (kriptaların hiperplaziyası ilə birgə), qida borusunun ça-
pıqvari daralması, divertikul, steatoreya, atrofik qastrit, intestinal lipodistrofiya, rekto-
kolit və limfoma.
Ümumi simptomlar adətən olmur. Qan zərdabında və qovuğun möhtəviyyatında,
həmçinin onurğa beynində çox vaxt eozinifoliya aşkar edilir.
Dostları ilə paylaş: