Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə224/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   220   221   222   223   224   225   226   227   ...   446
DERMATOLOGİYA-dərslik 1

HERPESŞƏKİLLİ DÜRİNQ DERMATOZU
Herpesşəkilli Dürinq dermatozu (herpesşəkilli Dürinq dermatiti) - dərinin xoşxassəli 
xronik residivləşən polimorf xəstəliyi olaraq çox güclü yandırıcı qaşınma və herpesşə-
killi qovuqların əmələ gəlməsi ilə müşahidə olunaraq çox vaxt qlütensensitivli entero-
patiya ilə (seliakiya) birlikdə nəzərə çarpır; IgA-nın subepidermal qranulyar çöküntüləri 
səciyyəvidir. 
Nadir xəstəlikdir (800 dermatoloji xəstəyə 1 hadisə), çox vaxt 30 və 45 yaş arasında 
baş verir, lakin uşaqlarda da rast gələ bilər. Kişilər qadınlara nisbətən çox xəstələnirlər 
(3:2). Herpesşəkilli Dürinq dermatozuna Şimali Avropa, xüsusilə də Skandinaviyada nis-
bətən çox təsadüf edilir. İrsi meyllik yoxdur. Seliakiya və herpesformalı dermatit genetik 
cəhətdən əlaqəlidirlər: hər iki xəstəlik xəstələrin 90%-dən çoxunda HLA–sinfi II DR3/
DQ2 antigenləri ilə assosiasiyada olurlar, xəstələrin 70%-dən çoxunda isə HLA-A1, 
B8, DR3 alotipi aşkar edilir.


329
Etiopatogenez
Etiologiyası məlum deyildir. İmmunoloji və genetik müayinələr onu təsdiq edir ki, 
herpesşəkilli dermatoz səciyyəvi dəri əlamətləri olan seliakiyanın gedişinin xüsusi for-
masıdır. Herpesşəkilli dermatoz zamanı qlütensensitiv enteropatiya morfoloji, funksi-
onal və klinik cəhətdən seliakiya zamanı meydana çıxan enteropatiya ilə oxşardır, lakin 
daha çox oliqo- və ya asimptomatikdir, çünki herpesşəkilli dermatoz zamanı bağırsaqda 
gedən dəyişikliklər nisbətən az nəzərə çarpır. Herpesşəkilli dermatozla xəstələrdə qlüte-
nin miqdarı həddən çox olduqda dərinin və nazik bağırsağın simptomatikasının ağırlaş-
ması baş verir. Qlüten olmayan pəhrizdə isə əksinə, xəstələrin əksəriyyətində dəridə və 
bağırsaqda baş verən dəyişikliklər reqressiya edir, halbuki dəri əlamətlərinin reqressiyası
bir neçə aydan 1 ilə qədər uzana bilər. Seliakiyada olduğu kimi, herpesformalı dermatoz 
zamanı qan zərdabında IgA sinfi, az hallarda IgG və ya IgM sinfi anticisimləri əmələ 
gəlir ki, onlar da qliadinə qarşı yönəlmişlər. Tiroid və parietal hüceyrələrin anticisimləri 
herpesşəkilli dermatoz zamanı assosiasiyalı immun xəstəliklərin olmasını göstərir.
Herpesşəkilli dermatoz zamanı seliakiya üçün IgA – retikulyar birləşdirici toxumaya 
(retikulin) qarşı yaranmış anticisimlər spesifik sayılırlar, onlar in vitro saya əzələnin 
endomiziyası ilə, məsələn qida borusunda (IgA-endomiziyanın anticisimləri) və ya na-
zik bağırsağın submukoz birləşdirici toxuması ilə (IgA –Jejenium anticisimlər) əlaqəyə 
girir. Nazik bağırsağın submukoz toxumasında aşkar edilən anticisimlərin çöküntüləri, 
çox güman ki, qan zərdabında olan retikulin və endomiziyanın anticisimləri ilə eyni 
antigen spesifikliyinə malikdirlər. Onlardan fərqli olaraq, herpesşəkilli dermatoz zamanı 
dəridəki IgA-anticisimlərin yaranması və antigen spesifikliyi məlum deyildir. Çox gü-
man ki, burada yerli immunkompleks reaksiyası komplement sisteminin fəallaşmasına 
(əsasən alternativ yolla), xemotaksisə, qranulositlərin və humoral iltihab mediatorlarının 
fəallaşmasına gətirib çıxarır ki, onlar da subepidermal qovuqların yaranmasına təsir edir. 
Xəstələrin halogenlərə, xüsusilə də kalium yodidə qarşı spesifik həssaslığı da diqqət-
dən qaçmamalıdır. Ona görə də, yodtərkibli dərman maddələri və xaricə işlədilən va-
sitələr (yodoformlu tənzif), yodlaşdırılmış xörək duzunun istifadəsi və ya tərkibində
yod olan dəniz balığının və ya digər qida məhsullarının işlədilməsi dəri əlamətlərinin 
yaranmasına və ya ağırlaşmasına səbəb olur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin