328
İmmunoloji
müayinələr
Pemfiqus anticisimləri
nə xəstənin dərisində, nə də qan zərdabında olmur.
Differensial diaqnoz
İntertriqo, intertriqinoz ekzema və mikozdan, xüsusilə də kandidozlu intertriqodan
fərqləndirmək vacibdir. Ocağın serpiqinoz kənarı hamar dərinin mikozundan şübhələn-
dirməlidir. Ağzın selikli qişasında dəyişikliklər olan vegetasiya edən pemfiqusu histoloji
və immunloji müayinələrin aparılması yolu ilə istisna etmək lazımdır. Darye xəstəliyi
histoloji baxımdan çətin aşkar edilə bilər, lakin klinik cəhətdən ayırd edilə bilər, çünki
o, digər lokalizasiyaya malikdir və birincili səpgilər formasında follikulyar keratotik
papulalar əmələ gəlir.
Müalicə
Yalnız xəstəliyin ağır formalarında qlükokortikoidlərin orta dozalarda qəbul edilmə-
si özünü doğrultmuşdur. Antibiotikləri mikroorqanizmlərin bakterioloji rezistentliyini
aşkar etdikdən sonra təyin etmək olar. Onlar effektiv təsir göstərə bilərlər. Alternativ
variant kimi izotretinoinlə (roakkutan) və ya asetretinlə (neotiqazon) aparılan müalicəni
tətbiq etmək olar.
Südlü məhlulların, kremin və ya pastanın əsasında hazırlanmış flüorlaşmış qlüko-
kortikodlərin və antibiotiklərin (antibiotikoqrammanın nəticələrinə əsasən)
yerli ola-
raq kombinasiyalı şəkildə tətbiqi seçim vasitəsi sayılır. Kalium permanqanat və anilin
boyaları ilə vannalar da həmçinin müəyyən təsir göstərə bilər. A vitamini turşusunun
məhlulunun 0,01%-li konsentrasiyada krem şəklində tətbiqi də çox vaxt böyük effek-
tə malik olur. Provokasiya amillərindən, məsələn isti hava, günəş şüaları, sürtünmə və
ya bakterial infeksiyalardan qorunmaq lazımdır. Qlükokortikodləri uzun müddət yerli
tətbiq etdikdə kandidoz infeksiyasına nəzarət etmək vacibdir. CO2 -lazerin işlədilməsi
də effektiv nəticə verə bilər. Dərinin zədələnmiş sahələrinin dermabraziyası və ya tam
ekssiziyası və ayrı-ayrı xəstələrdə sonradan onların dəri parçası ilə əvəz olunması (örtül-
məsi) müəyyən qədər sağalmaya səbəb olur.
Dostları ilə paylaş: