325
Sitoloji müayinələr
Qovuğun dibindən götürülmüş yaxmanın sitoloji müayinəsində: pemfiqus hüceyrələ-
ri, diskeratik keratinositlər və çoxlu leykositlər görünür.
İmmunoloji müayinələr
Zədələnmə ocaqlarının düz immunflüoressensiyası vasitəsilə zədələnmiş epidermisin
akantolitik hüceyrələri arasında IgG tipli antiepitelial pemfiqus anticisimlərinin olma-
sını aşkar edirlər. IgG və ya komplementin tərkib hissələri epidermal bazal-membran
zonasında, xüsusilə də dərinin işığın təsirinə xroniki məruz qalan sahələrində (50-70%
xəstədə) homogen görünürlər. 80%-dən çox xəstənin qan zərdabında antinuklear an-
titellər (ANA) aşkar edilir, DNS-ə, Sm və ya Ro (SSA) qarşı anticisimlər isə qırmızı
qurdeşənəyində olduğu kimi, əksinə, aşkar edilmirlər. Əgər xəstələrin qan zərdabında
pemfiqus anticisimləri və ANA ilə aparılan müayinələr mənfidirsə, onda müayinələri
2-3 həftədən sonra təkrar etmək lazımdır.
Differensial diaqnoz
Seboreya ekzeması, xronik qırmızı qurdeşənəyi, səthi və ya yarımkəskin dərinin
qırmızı qurdeşənəyi. Diaqnostik baxımdan histoloji, immunloji və seroimmunloji müa-
yinələr müəyyən rol oynayır.
Müalicə
Qlükokortikoidlər xəstəliyin yayılmış formasında daxilə təyin olunurlar və vulqar
pemfiqusda olduğu kimi adətən orta dozalarda (60-90 mq ekvivalent prednizolon hər
gün) xloroxinlə kombinasiyada remissiya əldə edənə qədər tətbiq olunur. İmmunsup-
ressiv preparatlar həmçinin vulqar pemfiqusda olduğu kimi tətbiq edilir. Dapson tövsiyə
olunur (DDS gündə 100-150 mq).
Xaricə təyin olunan terapiya: tərkibində qlükokortikoidlər olan kremlər (xüsusilə də
okllüzion sarğı altında); tək-tək ocaqlara qlükokortikod plastırı və ya triamisinolonun
ocaqdaxili kristallik suspeziyası. Günəşdən qorunmaq tövsiyə edilir.
Dostları ilə paylaş: