Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə222/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   218   219   220   221   222   223   224   225   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiopatogenez
Vulqar pemfiqus, yarpaqşəkilli pemfiqus və ya irsi epidermolizlərlə əlaqəsi yoxdur. 
Diskeratoza meylli olduğu üçün əvvəllər bu xəstəliyin Darye xəstəliyinin vezikulyoz 
variantı olması güman edilirdi. Akantoliz və diskeratoz hər iki xəstəlikdə baş verir və 
onların hər ikisi də eyni xəstələrdə müşahidə olunur. Elektron mikroskopu altında tono-
filamentlərin və desmosomal komplekslərin sintezində və inkişafında, həmçinin epider-
misin daxilində hüceyrəarası maddələrin sintezində baş verən dəyişikliklər aşkar edil-
dikdən sonra hazırda epidermal diferensiasiyada irsi qüsurların olmasını güman edirlər 
ki, bu da sürtünmə, günəş şüaları, soyuq, isti, ekzematoz tipli təmas allergiyası və ya 
mikrob infeksiyaları (bakteriyalar və ya göbələklər, çox vaxt Candida albicans) tərəfin-
dən provokasiya edilir. 
Klinik şəkil
Əsasən sürtünmə yerində, intertriqinoz və ya bükücü səthlərdə, məsələn, boynun yan 
tərəfləri, qoltuqatı çuxur, qasıq, perianal nahiyədə adətən gecikmiş gənclik və ya erkən
yetkinlik dövrlərində tək-tək və ya qrupşəkilli, birləşməyə meylli olan, çox vaxt uzun-
sov kövşək qovuqlar əmələ gəlir ki, onlar da birləşərək qırmızımtıl, pulcuqlu qartmaqla 
örtülmüş ekzemayabənzər ocaqlar yaradırlar, lakin sonuncular epidermal çatların ol-
ması ilə fərqlənirlər. Dairəvi, oval və ya üzükvari sərhədlərə malik ocaqlar çox vaxt 
simmetrik yerləşərək qaşınırlar. İntertriqinoz sahələrdə kəskin fərqlənənən, xoşagəlməz 
iyə malik və yenicə partlayan yastı tutqun qovuqların sayəsində yastı vegetasiyalara, 
periferik böyüməyə meylli olan islanan səthlər nəzərə çarpır. Müvəqqəti yaxşılaşma 
qeyd olunur, onların ardınca residivlər baş verir. Nikolski I və II fenomeni dəfələrlə 
müstbət olur. Xəstələrin ümumi əhvalı yaxşıdır, yerli olaraq onları qaşınma narahat edir. 
Bəzən ovucların daxili səthində keratotitik papulalar, əl barmaqlarının dırnaqlarında isə 
uzununa istiqamətdə ağ və ya qırmızımtıl-qəhvəyi zolaqlar görünür. Xəstəlik müvəqqəti 
remissiyalarla bərabər xronik residivləşən gedişə malikdir. Ağırlaşmalar ikincili infeksi-
ya tərəfindən törədilə bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin