322
sahələrdə yumşalmış və qızarmış islanan sahələri xatırladır. Nikolski 1 fenomeni hər
yerdə müsbətdir. İkincili infeksiya sepsisin əmələ gəlməsinə səbəb ola bilir. Ağız boşlu-
ğunun selikli qişasında kiçik səthi eroziyalar formasında baş verən dəyişikliklər kifayət
qədər nadir hallarda rast gəlir. İrinli ifrazatla birgə konyunktivitin inkişaf etməsi müm-
kündür.
Xəstəlik çox vaxt xronik gedişlidir. Uşaqlarda xəstəlik birincili xronik gedişə keç-
məyə meyllidir, bəzən özbaşına remissiyalar da baş verir. Böyüklərdə adətən xəstəlik
dalğavari xroniki gedişata malikdir. Bir neçə aydan, bəzən isə illərdən sonra müalicə
olunmayan xəstələrdə tədricən artan kaxeksiya ümumi simptomlarla bərabər, məsələn,
qızdırma, ikincili infeksiya, bronxopnevmoniya və ya uremiya ilə birlikdə letal nəti-
cələrə gətirib çıxarır.
Gənc pasiyentlərdə xəstəliyin proqnozu daha qənaətbəxşdir, 50 yaşdan yuxarı
xəstələrdə isə vulqar pemfiqusla müqayisədə daha ağırdır.
Dostları ilə paylaş: