Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə226/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   446
DERMATOLOGİYA-dərslik 1

Yodidlərə qarşı həssaslıq
Yodidlərə qarşı hiperhəssaslığın səbəbi hələ aydın deyildir. Söhbət yodla provokasiya 
olunan qeyri-spesifik dəri əlamətlərindən gedir. Kalium yodidin daxilə qəbul edilməsi 
xəstəliyin ağırlaşmasına və təhlükəli gediş almasına gətirib çıxara bilər.
Herpesformalı dermatoz çox vaxt kəskin və ya yarımkəskin başlayır və tutmalarla 
təzahür edir, bu zaman heç bir əlamətlər olmadan və ya xəstəliyin çox cüzi əlamətləri ilə 
müşayiət olunan bir neçə aylıq fasilələr yarana bilər. Xəstəlik illərlə davam etdiyi üçün 
xəstələr fiziki və psixi cəhətdən dəri əlamətlərindən və xüsusilə də çox güclü qaşınma-
dan əziyyət çəkirlər, halbuki bu, xoşxassəli xəstəlikdir.
Laborator məlumatlar
Qovuğun dibindən götürülmüş yaxmanın sitologiyası
Akantolitik pemfiqus hüceyrələri yoxdur, subepidermal qovuqlar əmələ gəlir. Çoxlu 
sayda eozinofil leykositlər görünür.
Histopatologiya
Akantoliz olmayan gərilmiş subepidermal qovuq nəzərə çarpır. Qovuğun möhtə-
viyyatında çoxlu miqdarda eozinofillər, həmçinin neytrofil leykositlər aşkar edilir. 
PAS-reaktiv bazal membran buynuz qatda fiksə olunmuşdur. Eritematoz dəyişikliklə-
rin məməcikli cisimlərində və qovuqların kənar zonalarında ödem və histiositlərdən
limfositlərdən, eozinofillərdən və neytrofil leykositlərdən ibarət iltihabi infiltrat nəzərə 
çarpır. Məməciklərin subepidermal uclarında neytrofil və eozinofil leykositlərlə, həmçi-


331
nin hüceyrə nüvəsinin qalıqları ilə bərabər məməciklərarası mikroabseslərin yaranması 
səciyyəvidir. Subkorneal qovuqlar nadir hallarda rast gəlir.
Elektron mikroskopiya göstərir ki, qovuq buynuz qatdan başlayır ki, burada ödem, 
kollagen liflərin nekrobiotik dəyişiklikləri və hüceyrə-iltihab reaksiyası yaranır. Bazal 
membranda və bazal hüceyrələrin sitoplazmatik membranında elektron mikroskopiya 
vasitəsilə qeydə alınan dəyişikliklər xəstəlik üçün səciyyəvidir. Epidermisin hüceyrələri 
ilə onun altında yerləşən buynuz qat arasındakı əlaqə belə pozulur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin