Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə229/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   ...   446
DERMATOLOGİYA-dərslik 1

Sulfon sırası preparatları
Dürinq dermatozunun terapiyasında bazis preparatları sayılırlar. Bəzi sulfonlar
məsələn dapson yaxşı təsir edir. Adətən böyüklərə hər gün 50-150 mq dozada təyin olun-
ması xəstəliyin əlamətlərini azaltmağa imkan verir. Lakin sonrakı morbostatik dozaların 
diapazonu kifayət qədər böyükdür: bəzi xəstələr üçün günaşırı 50 mq dapson kifayət 


334
edir, digərlərinə isə hər gün 150 mq qəbul etməsi lazımdır. Sulfonlarla müalicə zamanı 
səpgilərin remissiyasından sonra minimal təminedici dozanı hesablamaq vacibdir. Dia-
minodifenilsulfon (DDS, dapson, avlosulfon) daxilə sutkada 100-200 mq təyin edirlər. 
Əsasən onun törəmələri müalicədə tətbiq olunur: diusifon sutkada 2 dəfə 100 mq dozada 
və ya dimosifon sutkada 2 dəfə 200 mq. DDS (dapson, avlosulfon) 5-günlük kurslarla 
bir və ya ikigünlük fasilələrlə təyin edilir. Klinik effekt qazandıqda preparatın dozasını 
sutkada 25-50 mq-a qədər azaldırlar. 2-4 terapiya kursunun aparılması tövsiyə olunur. 
DDS preparatı (az hallarda onun birləşmələri) aşağıdakı yanaşı təsirlərə malikdir: ümu-
mi zəiflik, başgicəllənmə, baş ağrıları, dispepsiyalar, taxikardiyalar. Methemoqlobinin 
yaranması və anemiyanın inkişaf etməsi nəticssində dodaqların və barmaq falanqala-
rının sianozu ola bilər. Fotosensibilizasiya, toksidermiya, aqranulositoz, leykopeniya, 
periferik neytropatiyalar inkişaf edə bilər. DDS-terapiyanın yanaşı təsirlərini aradan qal-
dırmaq üçün S vitaminin hər gün 500-1500 mq dozada qəbul edilməsi tövsiyə edilir. 
Hematoloji yanaşı təsirlərin (metqammaqlobulinin əmələ gəlməsi, sitomeqalik ane-
miya, Qeyns cisimləri ilə bərabər anemiya, hemoliz) səviyyəsi üzərində nəzarət apa-
rılmalıdır. Sulfonoterapiyanın təsir mexanizmi məlum deyildir: ehtimal olunan yanaşı 
təsirlər üzündən nəzarət daima aparılmalıdır. Söhbət morbostatik effektdən getdiyi üçün 
müalicə illərlə uzanır.
Enteropatiyanın klinik əlamətləri olmayan xəstələrdə qlütensiz pəhrizə ciddi əməl 
etməlidirlər (hətta bu, böyük səy tələb etsə belə), terapiyanın effekti isə yalnız bir neçə 
aydan sonra görünə bilər, bunun sayəsində dozanı azaltmaq olar. Pəhrizlə əlaqədar bir 
mühüm tövsiyə də var: yodlaşdırılmış duz, dəniz balığı, yodtərkibli dərmanları istifadə 
etməməli.
Pəhriz
Qlüten və ya yodtərkibli maddələrlə zəngin məhsulların rasiondan çıxarılması səp-
gilərin yox olmasına, həmçinin sulfon sırası preparatlarının dozasını azaltmağa imkan 
verir. Xəstənin rasionundan qlüten tərkibli məhsulları çıxarmaq lazımdır: bütün çörək 
növlərini və digər buğda, arpa, çovdar, yulaf unundan bişirilmiş məmulatlar; buğda, 
arpa, çovdar, yulaf məmulatları, xəmir məmulatları (makaron, vermişel, əriştə), mannı
yarması, arpa yarması, yulaf lopaları; ət, balıq və quşlardan hazırlanmış unlu məmu-
latlar; ət, balıq, quş və çörəklə hazırlanmış məmulatlar (düşbərə, raviola, vareniklər); 
çörək aşqarları olan kolbasa məmulatları (sosiska, qan kolbasası və liver kolbasa; tər-
kibində qadağan edilmiş un və kraxmal, noxud, maş, mərcimək olan bütün şorbalar; 
kələm, noxud, maş, mərcimək və dənli bitkilər; içərisində arpa, çovdar, yulaf olan kofeli 
içkilər; çörək kvası, pivə; dondurma, pudinqlər, kremlər, içlikli şokolad, marsipan (ba-
dam qurabiyəsi); buğda cücərtisindən hazırlanmış yağ; unla hazırlanmış hazır şorbalar, 
souslar, unlu siroplar. Xörək duzunun (tərkibində yod vardır) və yodla zəngin məhsulla-
rın (dəniz balığı, yengəc, krevet, yosunlar, müxtəlif mollyusklar) istifadəsini və yodtər-
kibli dərmanların işlədilməsini azatmaq və çıxartmaq lazımdır.
Herpesşəkilli Dürinq dermatozu ilə xəstələrə qlütensiz aşağıdakı məhsuları işlətmək 
tövsiyə olunur: çörək və kraxmal, qarğıdalı, soya və düyü unundan bişirilmiş məmulat-
lar; düyü, qarğıdalı, soya və qarabaşaq yarmasından hazırlanan məmulatlar (sıyıq, plov, 
blinçik, oladye); bütün ət növləri və çay balığı, ev quşları, yumurta, təmiz süd (gündə 


335
0,5 litrə qədər), turş süd məhsulları (yoqurtdan başqa), kəsmik, təbii pendir, brınza; hə-
lim və bulyonlar, tərəvəz şorbaları və icazə verilən qida məhsullarından hazırlanmış 
şorba-kremlər (yalnız kartof və qarğıdalı kraxmalı ilə); bütün tərəvəzlər (kələm., qınlı 
və dənli bitkilərdən başqa); bütün meyvələr; çay, kakao, təbii kofe (kofeli içkilər yox), 
yod və brom duzları olmayan mineral sular; qlükoza, saxaroza, bal, kisel, kompot, muss, 
mürəbbə, povidlo, cem, marmelad, jele, icazə verilən un və kraxmaldan hazırlanmış 
pudinq və kremlər; kərə və bitki yağı, marqarin, təmiz mayonez; göyərti, qoz, zeytun, 
ədviyyat, sirkə, yod duzları olmayan xörək duzu, araxis yağı.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin