343
sonra, hamiləliyin pozulması, kiçik çanaq orqanlarının iltihabi prosesləri zamanı sebo-
reyanın inkişaf etməsi.
Kişilərdə seboreyanın əsas səbəbi orqanizmdə androgenlər arasında nisbətin dəyişil-
məsi hesab edilir. Kişilərdə hiperandrogeniya endokrin tarazlığın pozulması (disbalans),
həmçinin androgen hasil edən şişlərlə (seminoma) əlaqədar ola bilər.
Güclü seboreya Parkinson xəstəliyi, İsenko-Kuşenq xəstəliyi və letargik ensefalit
zamanı müşahidə olunur. Dəri piyinin hiperhasilatı hormonların (qlükokortikoidlərin,
anaboliklərin, testosteronun, progesteronun) uzun müddətli qəbulu zamanı baş verir.
Seboreya bir sıra dermatozlarla (xüsusilə də o zaman ki, piyin həddən çox ifraz olun-
ması onların yaranmasında səbəbkar amil və ya təkanverici amil rolunda iştirak edir)
sıx əlaqədə olduğu üçün mühüm əhəmiyyət kəsb edir. Vulqar sızanaqlar, qramneqativ
follikulit, seboreya ekzeması və rozasea zamanı seboreya səbəbkar amil kimi iştirak edir.
Halbuki rozasea heç də həmişə seboreya ilə əlaqədar deyildir. Seboreya statusu çoxlu
sayda patogen bakteriyalar və göbələklər üçün əlverişli şərait yaradır, ona görə də se-
boreyalı dəri piodermiyalara və göbələk xəstəliklərinə meyllidir. Seboreya zamanı qeyd
olunan proqnostik qiymətlər son dərəcə təmkinli olmalıdır, belə ki, söhbət kifayət qədər
uzun müddət davam edən konstitusional vəziyyətdən gedir. Güclü seboreya yalnız yaşlı
şəxslərdə azalır və bu da çox cüzi müşahidə olunur.
Dostları ilə paylaş: