Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə239/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik formalar
İltihabi aknelərin klinik formaları bunlardır: papulyoz, pustulyoz, indurativ, fleqmo-
noz, konqlobat, düyünlü-kistoz, tropik, ildırımvari, invers, akne-tetrada.
Papulyoz akne (acne papulosa) komedonların əsasında əmələ gələn iltihabi infilt-
ratdır, bunun nəticəsində tünd-qırmızı rəngli azacıq dərinin üzərindən qabarmış kiçik 
düyüncüklər əmələ gəlir.
Pustulyoz akne (acne pustulosa) papulyoz aknelərin yerində əmələ gəlir. İltihabi in-
filtrat böyüyür, düyüncüklərin mərkəzində irinli möhtəviyyatı olan boşluq yaranır. Pus-
tulalar ağrısızdır, bəzən azacıq qaşınmaya səbəb olur.
İndurativ akne (acne indurata) iltihabi piy-tük follikullarının ətrafında qabarıq səthə 
malik böyük sahəli infiltratın nəticəsində əmələ gəlir. Onlar noxud ölçüsündə və daha 
böyük olurlar. Çox ləng sağalırlar. Bəzən onların yerində kiçik keloidlər əmələ gəlir.
Fleqmonoz aknelər (acne phlegmonosa) - dərin, ləng inkişaf edən, follikulyar və ya 
perifollikulyar dermo-hipodermal abseslərdir. Fleqmonoz aknelər dərində yerləşmiş, tez 
yetişən, abses əmələ gətirməyə meylli olan iri pustulaların birləşməsi nəticəsində yara-
nırlar. Onlar tünd qırmızı, göyümtül rəngdədirlər, gavalı ölçüsünə qədər çatırlar.
Konqlobat (şarşəkilli) akne (acne conglobata) aknenin ağır formasıdır, komedonların 
əmələ gəlməsi ilə yanaşı həm də ateromların – iri yarımşarşəkilli düyünlərin yaranması 
ilə səciyyələnir ki, onlar noxud böyüklüyündən albalı ölçüsünə qədər olub dermanın də-
rinliyində yerləşir və dərialtı piy toxumasının yuxarı hissəsinə çatırlar. Əvvəlcə infiltrat 
bərk, qırmızı-göyümtül rəngdədir, ağrılıdır. Düyünlər konqlomeratlar şəklində birləşir, 
sonra abseslərə çevrilir ki, onların deşilməsindən sonra yerində uzun müddət sağalma-
yan, qranulyasiyalarla örtülən xoralar qalır. Xoraların sağalmasından sonra tağlar və fis-
tullarla birlikdə kələ-kötür çapıqlar qalır. Konqlobat civzələr beldə, az hallarda döşdə və 
üzdə yerləşirlər. Civzələrin bu forması uzunmüddətli gedişata malikdir (40 yaşına qədər 
və hətta bütün ömrü boyu) və eybəcərləşdirən atrofik, hipertrofik, keloid çapıqların for-
malaşması ilə başa çatır. Bəzi tədqiqatçılar civzəli səpgilərin bu ağır formasının əlavə 
Y-xromosomları (XYY) olan kişilərdə daha çox əmələ gəldiyini qeyd edirlər.
Düyünlü-kistoz aknelər (acne nodulocystica) kəskin nəzərə çarpan düyüncüklərlə 
fərqlənir ki, onlar həmişə 1 sm-ən böyük olurlar və dermanın dərinliyində yerləşirlər. 
Bir qayda olaraq, onlar ağrılıdırlar. Çox vaxt bir neçə düyüncüklər birləşir və fistullu 
yolları olan absesləşən ocaqlar əmələ gətirirlər, bu zaman sağalan düyünlərin yerində 


345
kistayabənzər dəyişikliklər əmələ gələ bilər. Kistoz aknenin klinik şəkli yaranır. Akne-
nin bu formasında yalnız üz, bəzən isə döş və bel də zədələnə bilər.
Tropik akne (acne tropicalis) - qızmar rütubətli iqlim şəraitində yaşlı şəxslərdə ab-
sesləşən konqlobat aknedir. Xəstəlik dəridə rütubətin səviyyəsinin yüksək olması nə-
ticəsində inkişaf edir ki, bu da follikulun divarının kövrəkləşməsinə və hemoattraktiv 
maddələrin xaric edilməsinə, dərinin iltihabının artmasına səbəb olur. Səpgilər əsasən 
bel və sağrılar nahiyəsində yeləşir, tək-tək elementlər üzdə, döşün ön hissəsində əmələ 
gələ bilər. Bir qayda olaraq, gənc yaşlarında vulqar civzələri olan şəxslər bu xəstəliklə 
xəstələnirlər. 
İldırımvari akne (acne fulminans) – ildırımvari civzəli səpgi, konqlobat akne və sep-
tisemiya – qəflətən başlanan (latın dilində fulmen - ildırım deməkdir), çoxlu sayda 
ağrılı düyüncüklü və kistoz elementlər kəskin iltihab reaksiyalarla, sürətli gedişli və 
deşildikdən sonra dərin girintili-çıxıntılı xoraların əmələ gəlməsi ilə müşayiət olunan 
ağır xəstəlikdir. Ən sevimli lokalizasiyası – sinənin və kürəyin yuxarı hissəsi, boynun 
və çiyinlərin yan səthləridir. Üz nahiyəsində səpgilər olmur. Xəstəlik yüksək tempera-
tur reaksiyası, artralgiya (diz və çiyin oynaqlarında ağrılar), mialgiya və leykositoz ilə
müşayiət olunur. Bəzən dərin yumşaq toxumaların parçalanması sümüklərə qədər sirayət 
edir ki, bu da osteolizislə başa çata bilər. Xəstəlik əsas etibarilə gənc yaşlı şəxslərdə rast 
gəlir.
İnvers akne (acne inversa) – əks klinik şəklə malik konqlobat akne – piy vəzilərinin 
və tük follikullarının xronik iltihabi xəstəliyi olub üzdən, sinədən və kürəkdən başqa 
bütün zonalarda meydana çıxır. Səpgilər qoltuqaltı, qasıq və cinsiyyət orqanları nahiyə-
sində, ənsədə, həmçinin qadınlarda süd vəzilərinin altında düyüncüklü-iltihabi və fistul 
komedonları və fistul yolları şəklində təzahür edir. Piylənməsi qeyd edilən şəxslərdə 
xəstəlik qarındakı büküşlərdə də müşahidə olunur. İnvers akne xəstəliyin ağır forması 
sayılır.
Akne-tetrada (acne tetrada) – aknenin ən ağır forması olub konqlobat, invers aknelə-
ri, folliculitis nuchae abscedens et suffodiens (Hoffmanın absesləşən və deşilən folliku-
liti), həmçinin tam və natamam Pilonidalsinus (büzdüm nahiyəsində tük dəstəsi ilə birgə 
irinli boşluqdur, bədənin digər sahələrində də ola bilər) özündə birləşdirir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin