Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə238/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   446
DERMATOLOGİYA-dərslik 1

AKNE (VULQAR SIZANAQLAR)
Dərinin çox geniş yayılmış xəstəliyi olub 12 yaşdan 25 yaşa qədər şəxslərin 85%-ni 
və 25 yaşdan yuxarı şəxslərin 11%-ni zədələyir. Bu xəstəlik dünyanın bütün millətləri 
(irqləri) arasında geniş yayılmışdır. Klinik olaraq akne ən çox 16 yaşla 18 yaş arasında 
rast gəlir və ayrı-ayrı hallarda 40 və daha yuxarı yaşlara qədər təsadüf edir (gecikmiş 
tipli akne). Qızlarda akne gənc oğlanlara nisbətən erkən vaxtlarda başlayır. Komedon 
akneləri çox vaxt təqribən 12 yaşlarında rast gəlir; papulyoz və pustulyoz akne - 16 
yaşlarında; dərin iltihablaşmış formalar daha gec vaxtlarda – 16 yaşla 20 yaş arasında 
müşahidə olunur. Akne zamanı yaş fərqləri və dəyişkən klinik şəkli xəstəliyin patogene-
zi haqqında daha dəqiq məlumatların əldə olunmasını, həmçinin onun müalicəsi zama-
nı klinik təcrübənin olmasını tələb edir. Akne eybəcərliklərin yaranmasına və davamlı 
kobud çapıqların meydana gəlməsinə gətirib çıxara bilər. Lakin hətta yüngül formalar 
böyük emosional distressə səbəb olur və ciddi psixososial fəsadlarla nəticələnir.
Akne tük follikullarının və piy vəzilərinin xəstəliyidir. Aknenin patogenezində bir-bi-
ri ilə əlaqədar 4 amil rol oynayır: patoloji follikulyar hiperkeratoz, piy vəzilərinin ifraza-
tının həddən artıq əmələ gəlməsi, Propionibacterium acnes (P.acnes) artması və iltihab. 
Bundan başqa, piy vəzilərinin xarakterinə və həcminə androgenlər də təsir edirlər ki, bu 
da aknenin patogenezində mühüm rol oynayır, halbuki onun təsir mexanizmi hələ tam
məlum deyildir.
Aknenin iltihabi və qeyri-iltihabi elementləri ayırd olunur. Qeyri-iltihabi elementlər 
komedon və miliumlarla təmsil olunmuşlar. 
Komedonlar (acne comedonica) – civzəli səpgilərin qeyri-iltihabi elementləri olub 2 
növlə təzahür edir: açıq (qara) və qapalı (ağ). Açıq komedonlar qara-qəhvəyi nöqtələr 
şəklindədir, qapalı komedonlar isə ətraf dərinin rəngində və ya daha açıq rəngli kiçik 
düyüncüklər formasındadırlar. Komedonların yaranması çıxarıcı axacağın epitelisinin 


344
hüceyrələrinin hiperproliferasiyası nəticəsində piy vəzilərində buynuz-piy kütlələrinin 
durğunluğu ilə əlaqədardır. Açıq komedonların qara-qəhvəyi rəngi oksigenin təsiri al-
tında dəri piyindəki yağların oksidləşməsi nəticəsində əmələ gəlir.
Miliumlar (mikrokomedonlar) – sancaq başı və ya darı dənəsi böyüklüyündə tək-tək, 
az hallarda çoxsaylı, xırda, ağımtıl, süd-ağımtıl və ya ağımtıl-sarı rəngli yarımşarşəkilli 
düyüncüklərdir. Onlar follikulların girişində və ya piy vəzilərinin axacaqlarında piyin 
toplanması nəticəsində əmələ gəlir. Birincili və ikincili miliumlar (ağ civzələr) ayırd 
olunur. Birincili milium südəmər körpələrdə hormonal kriz dövründə üzün dərisində 
(alın, yanaqlar, burun, burun-dodaq büküşləri) və pubertat dövrdə müşahidə olunur. 
İkincili miliumlar distrofik, hiperplastik və polidisplastik irsi bullyoz epidermoliz zama-
nı çapıqlarda əmələ gəlir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin