348
variant sayılır. Belə preparatlara «Novinet» və «Requlon» aiddir. Onların tərkibində hes-
tagen qismində 150 mkq dozalanmada dezoqestrel, estrogen qismində - müvafiq olaraq
20 mkq və 30 mkq dozalanmada estrogen- etinilestradiol vardır.
Orta və ağır formalı aknenin müalicəsində ən effektiv preparat izotretinoin (roak-
kutan) sayılır, onu sistem şəkildə sutkada 1 kq bədən çəkisinə 0,5 mq dozada tətbiq et-
dikdə xəstələrin əksəriyyətində uzunmüddətli remissiyalar və ya sağalmaya səbəb olur.
Lakin preparatın bir sıra əlavə təsirləri vardır ki, təyin edildikdə nəzərə almaq lazımdır.
İzotretinoin (roakkutan) birbaşa sebositlərin proliferasiyasına və diferensiasiyasına təsir
göstərir ki, nəticədə kəskin sebosupressiya inkişaf edir. Sebosupressiya dozadan asılıdır,
sutkada 1 kq bədən çəkisinə 0,1 mq dozada 10-12 həftədən sonra, 1 kq bədən çəkisinə
1 mq dozada isə 4 həftədən sonra başlanır. Kifayət qədər yüksək ümumi dozada orta
müalicə müddəti ərzində (6 aydan 1 ilə qədər) remissiyalar sabit qalır. Əlavə təsirlər
aknenin ağır dərəcələrinin müalicəsi zamanı sistem retinoidlərin ehtiyatla işlədilməsini
tələb edir. Belə ki, gənc qadınlarda retinoidlərin teratogenliyini həmişə yadda saxlamaq
və izotretinoinlə müalicə zamanı peroral kontraseptiv preparatları tətbiq etmək lazımdır.
ROZASEA
Rozasea (çəhrayı sızanaqlar) – üzün dərisinin naməlum etiologiyalı xronik xəstəli-
yi olub proqredient gedişli, tez-tez qızartının olması, persistensiya edən eritema, tele-
anqiektaziyalarla, iltihabi hallarla, papula, pustula və bəzən düyünlərin yaranması ilə
səciyyələnir. Daha ağır hallarda bir neçə il keçdikdən sonra insanı eybəcərləşdirən hi-
pertrofiya, xüsusilə də burun nahiyəsində – rinofima inkişaf edə bilər. Xəstəlik 30-40
yaşlar arasında başlanır və ən yüksək zirvəsinə 40-50 yaş arasında çatır. Çox vaxt qadın-
lar xəstələnirlər, lakin birləşdirici toxumanın və piy vəzilərinin hiperplaziyası (əsasən,
rinofimanın yaranmasına səbəb olur) yalnız kişilərdə müşahidə edilir.
Dostları ilə paylaş: