Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Mədə-bağırsaq yolunun xəstəlikləri



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə243/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   239   240   241   242   243   244   245   246   ...   446
DERMATOLOGİYA-dərslik 1

Mədə-bağırsaq yolunun xəstəlikləri
Əksər alimlərin fikrincə, mədə-bağırsaq yolunun fəaliyyətinin pozğunluqları rozase-
anın patogenezində əhəmiyyətli rol oynamır. Rozasea ilə xəstələrin 50-90%-də qastrtin 
klinikı və histoloji əlamətləri, 33%-də isə nazik bağırsağın selikli qişasının patoloji dəyi-
şiklikləri aşkar edilmişdir. Mədə şirəsinin müayinəsinin nəticələrinin əsasında çox vaxt
hipo-və ya anasid, az hallarda – hiperasid vəziyyətə daha çox fikir verilir. Ədəbiyyatda 
bağırsağın xronik iltihabi xəstəlikləri ilə rozaseanın assosiasiyaları haqqında məlumat-
lar verilmişdir. Rozasea ilə xəstələrdə qastrointestinal yolun spiral formalı Helicobacter 
pylori bakteriyaları (onlar B tip xronik aktiv qastritin etioloji amili sayılırlar) ilə yüksək 
dərəcədə məskunlaşması da diqqəti cəlb edir. Aparılan müayinələrin əsasında rozasea 
və H.pylori tərəfindən törədilən MBY-nun xəstəlikləri arasında əlaqənin olmasını tama-
milə istisna etmək olmaz (baxmayaraq ki, əldə olunan məlumatlara görə xronikı urtikari 
ilə müqayisədə çox ziddiyyətlidir).
Endokrin sistemin patologiyası
Bəzi tədqiqatçılar şəkərli diabetin olmasını və lipazanın ifrazının 15%-ə qədər azal-
masını rozasea ilə xəstələrdə maddələr mübadiləsinin pozulmasının patogenetik əhə-
miyyət daşıdığını sübut edirlər. Ovarial və hipofizar çatmamazlıq, qalxanabənzər vəzin 
xəstəlikləri və digər hormonal pozğunluqlar rozaseanın yeganə səbəbi deyildir, belə ki, 
bu xəstəliyə müxtəlif yaşlarda həm kişilər, həm də qadınlar düçar olurlar. Böyrəküstü 
vəzilərin hormonlarının yeridilməsi zamanı meydana çıxan müsbət effektivliyinə görə 
rozaseanın formalaşmasına böyrəküstü vəzilərin çatamamazlığının təsir göstərməsi 
müəyyən edilmişdir. 


350
Psixovegetativ pozuntular
Psixi amillər uzun müddət rozaseanın yaranmasının ən mühüm səbəblərindən he-
sab edilirdi, lakin məqsədyönlü psixoloji müaiyinələr rozasea və psixi amillər arasında 
ehtimal olunan əlaqəni statistik cəhətdən təsdiq etməmişdir. Onlar daha çox xəstələrin 
üzünü eybəcərləşdirən kosmetoloji qüsurların onların psixikasına göstərdiyi mənfi təsiri 
təsdiqləmişlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin