361
XXX FƏSİL. DƏRİ VASKULİTLƏRİ
Dəri vaskulitləri (angiitlər) dedikdə, özünün klinik və patomorfoloji simptomatika-
sında ilk və aparıcı həlqəsi olan müxtəlif kalibrli dermal və hipodermal qan damarlarının
divarlarının qeyri-spesifik iltihablaşması üstünlük təşkil edən dermatozlar başa düşülür.
Etiologiya və patogenez
Vaskulitlərin etiologiya və patogenezi bir çox hallarda hələlik naməlum olaraq qalır.
Son illər vaskulitlərin immun kompleks mənşəli olması haqqında olan nəzəriyə getdikcə
geniş yayılmaqdadır. Bu nəzəriyyəyə görə vaskulitlərin yaranması damar divarına qan-
dan çökən immun komplekslərin zədələyici təsiri ilə əlaqələndirilir. Antigen
rolunda
vaskulitin səbəbindən asılı olaraq, çox güman ki, bu və ya digər mikrob agenti, dərman
vasitəsi, dəyişilmiş zülallar yerinə yetirilir, müvafiq immunqlobulinlər isə anticisim sa-
yılır. Qanda dövr edən immun komplekslər əlverişli şəraitdə (onların təbii eliminasiyası-
nı istisna edən və ya tormozlayan) damar divarlarında subendotelial çökərək və onların
iltihabını törədirlər. İmmun komplekslərin çökməsinə əlverişli təsir göstərən cəhətlərə
onların sürətlə yaranmasını, qan cərəyanında uzun müddət dövr etməsini, damar daxi-
li təzyiqin yüksəlməsini, qan cərəyanın ləngiməsini, immun homeostaz sistemindəki
pozğunluqları aid edirlər. Damar divarının iltihablaşmasına səbəb olan etioloji amillər
arasında çox vaxt fokal (az hallarda ümumi) infeksiyanı aid edirlər ki, o da stafilokoklar
və ya streptokoklar, vərəm mikobakteriyaları, enterokoklar, maya və digər göbələklər,
qrip virusu tərəfindən törədilir. Damar divarına infeksiyanın sensibilizasiyaedici təsirini
müvafiq antigenlərlə birlikdə qoyulan dəri daxili sınaqların nəticələrinin müsbət olması
təsdiq edir. Angiitlər zamanı ekzogen sensibilizasiya edən amillər arasında müasir dövr-
də dərman vasitələrinə, ilk növbədə antibiotiklərə və sulfanilamidlərə xüsusi yer ayrılır.
Vaskulitlərin patogenezində xronik intoksikasiyalar, endokrinopatiyalar mübadilə poz-
ğunluqlarının müxtəlif növləri, həmçinin
təkrar donmalar, psixi və fiziki gərginlik, foto-
sensibilizasiya, arterial hipertenziya, venoz durğunluq rol oynaya bilər. Dərinin vasku-
litləri müxtəlif kəskin və xronik infeksiyaların (qrip, vərəm, sifilis, cüzam, iersinioz və
s.), biləşdirici toxumanın diffuz xəstəliklərinin (revmatizm, sistem qırmızı qurdeşənəyi,
revmatoid artriti və s.), krioqlobulinemiya,
qan xəstəliklərinin, müxtəlif şiş prosesləri-
nin dəri sindromu ola bilər.
Müasir dövrdə dərinin vaskulitləri (angiitlər) qrupuna 50-yə qədər nozoloji for-
ma daxildir. Bu nozologiyaların böyük əksəriyyəti klinik və patomorfoloji oxşarlıqla-
ra malikdir, bəzən bunlar bir-birindən az fərqlənir ki, bu da diaqnozun qoyulmasında
nəzərə alınmalıdır. İndiyə qədər dərinin vaskulitlərinin hamı tərəfindən qəbul olunmuş
vahid bir təsnifatı yoxdur, bu da dərinin vaskulitlərinin etiologiyasının, patogenezinin,
klinik gedişinin və dermatozların bu mürəkkəb qrupu ilə əlaqədar bir sıra məsələlərinin
natamam öyrənilməsi ilə izah edilir. Klinik həkimlərin əksəriyyəti daha çox dərinin vas-
kulitlərinin morfoloji təsinifatından istifadə edirlər ki, onların əsasında adətən dərinin
klinik dəyişiklikləri, həmçinin zədələnmiş damarların yerləşmə dərinliyi (və müvafiq
olaraq kalibri) durur. Praktik məqsədlə dərinin vaskulitlərinin (angiitlərinin)
işçi təsni-
fatı işlənib hazırlanmışdır.