Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə254/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   446
DERMATOLOGİYA-dərslik 1

II. Dermo-hipodermal anqiitləri
1. Nodozlu artrit
Xoşxassəli düyüncüklü 
periartrit
Damarlar boyunca dərin 
düyüncüklər, düyünlər
2. Livedo-anqiit
Livedo-vaskulit. Düyüncüklü 
periartritin dəri forması. 
Nekrozlaşan vaskulit. 
Düyünlərlə livedo. 
Torlu şaxəli livedo, livedo 
ləkələri sahəsində düyünlər
nekrozlar, xoralar, çapıqlar
III. Hipodermal anqiitlər
1. Düyünlü eritema
kəskin
yarımkəskin (miqrasiya edici)
xronik
Düyünlü vaskulit. Düyünlü 
anqiit.
Kəskin düyünlü anqiit
Beverştedtin miqrasiya edici 
düyünlü eriteması. Variabelli 
Villanov-Pinola hipodermiti. 
Yarımkəskin miqrasiya edici 
nodulyar pannikulit. Vilanov 
xəstəliyi. 
Düyünlü vaskulit
Düyünlər (çox vaxt 
baldırlarda)
Ödemli parlaq-qırmızı 
artralgiyalı düyünlər
qızdırma
Periferiya boyunca böyüyən 
və mərkəzdən sorulan 
yastı düyün. Yarımkəskin 
gedişli orta dərəcəli ümumi 
əlamətlərlə təzahür edən 
düyünlər
Kəskin əlamətlər olmadan 
residivləşən xoralar
2. Xronik düyünlü-xoralı 
anqiit
Qeyri-vərəm mənşəli 
indurativ eritema. 
Mantqomeri-OLiri-Barker 
nodulyar vaskuliti. 
Xoralaşmış bərk düyünlər
dartılmış çapıqlar. 
IV. Qarışıq və keçidli formalar.


365
Urtikar tip,
əsasən, xronik residivləşən övrənin klinik şəklini simulyasiya edir, dəri 
örtüyünün bir çox sahələrində meydana çıxan müxtəlif ölçülü köpüşüklərlə təzahür edir. 
Lakin övrədən fərqli olaraq urtikar angiit zamanı köpüşüklər xüsusilə davamlı olma-
sı, 1-3 sutka ərzində qalması (bəzən daha çox) ilə fərqlənir. Kəskin qaşınma əvəzinə 
xəstələr dərinin göynəməsi və ya qıcıqlanması hissiyyatından şikayətlənirlər. Çox vaxt 
səpgiləri artralgiyalar, bəzən qarında ağrılar, yəni sistemlərin zədələnmələri əlamətlə-
ri ilə müşayiət olunur. Müayinə zamanı qlomerulonefrit aşkar edilə bilər. Xəstələrdə 
həmçinin EÇS-nin yüksəlməsi, hipokomplementemiya, laktatdehidrogenezanın aktivli-
yinin yüksəlməsi, müsbət iltihabi sınaqların, immunqlobulinlərin nisbətinin dəyişilməsi 
nəzərə çarpır. Histaminəleyhinə preparatlarla müalicə adətən səmərə vermir. Urtikar an-
giit ilə çox vaxt orta yaşlı qadınlar xəstələnirlər. Diaqnoz yekun olaraq dərinin patohisto-
loji müayinəsi ilə təsdiqlənir, bu zaman leykositoklastik angiitin klinikasını aşkar edirlər.
Hemorragik tip daha çox səthi angiit üçün səciyyəvidir. Bu variantda ən səciyyə-
vi simptom «palpasiya olunan purpura» – müxtəlif ölçülü hemorragik ödemli ləkələrin 
yaranmasıdır ki, onlar əsasən baldırlarda və ayaqların alt nahiyəsində yerləşərək yalnız 
vizual baxışla deyil, həm də palpasiya zamanı asanlıqla müəyyən edilirlər, bu da on-
ları digər purpuraların simptomlarından, xüsusilə də Şamberq-Mayokki xəstəliyindən 
fərqləndirirlər. Lakin hemorragik tipdə ilk səpgilər adətən xırda ödemli iltihabi ləkələr 
şəklində olaraq, köpüşükləri xatırladır və tezliklə hemorragik səpgilərə transformasiya 
edirlər. İltihab əlamətləri artdıqca qarışıq purpura və ekximozların fonunda hemorra-
gik qovuqlar formalaşır və onlar deşilərək dərin eroziyalar və xoralar əmələ gətirir. Bir 
qayda olaraq, səpgiləri aşağı ətrafların orta dərəcəli ödemi ilə təzahür edir. Hemorragik 
ləkələr ağız boşluğunun və əsnəyin selikli qişasında meydana çıxa bilər. Yuxarıda təs-
vir olunan, keçirilmiş iltihabi xəstəlikdən sonra (adətən anginadan) əmələ gələn qızdır-
ma, kəskin artralgiyalar, qarında ağrılar və qanlı nəcislə müşayiət olunan hemorragik 
səpgilər Şenleyn-Qenox anafilaktoid purpurasının klinik şəklini təşkil edərək çox vaxt 
uşaqlar arasında müşahidə olunur.
Papulonodulyar tip xeyli az rast gəlir. O, hamar yastılanmış dairəvi formalı, mərci və 
ya 1 qəpiklik böyüklüyündə, bəzən isə böyük iltihabi düyünlərin, həmçinin kiçik, səthi, 
kəskin sərhədləri olmayan, meşə qozu böyüklüyündə ödemli solğun-çəhrayı, palpasiya 
zamanı ağrılı düyünlərin əmələ gəlməsi ilə səciyyələnir. Səpgilər ətraflarda (əsasən aşa-
ğı), nadir hallarda gövdədə yerləşir və kəskin subyektiv hissiyyatla müşayiət olunmur.
Papulonekrotik tip kiçik yastı və ya yarımşarşəkilli iltihabi qabıqlanan düyüncüklər-
lə təzahür edir, onların mərkəzi hissəsində tezliklə quru nekrotik kobud qartmaq - strupa 
(adətən qara qartmaq şəklində) formalaşır. Strupa qoparıldıqda kiçik dairəvi səthli xora-
lar görünür, papulalar isə sorularaq yerində xırda «ştamplanmış» çapıqlar qalır. Səpgilər 
ətrafların açıcı səthlərində yerləşir və klinik olaraq tamamilə papulonekrotik vərəmi si-
mulyasiya edir, bunu differensial diaqnostikada nəzərə almaq lazımdır.
Pustulyoz-xoralı tip kiçik vezikulo-pustulalarla başlayaraq akne və ya follikuliti xa-
tırladır, tezliklə xoralı ocaqlara transformasiya edərək, ödemli göyümtül-qırmızımtıl pe-
riferik valcığın dağılması nəticəsində ekssentrik böyüməyə meylli olurlar. Zədələnmə 
ocaqları dərinin istənilən sahəsində, əsasən baldırlarda və qarnın aşağı hissəsində lokali-
zasiya edir. Xoraların sağalmasından sonra yastı və ya hipertrofik çapıqlar qalır ki, onlar 
da uzun müddət iltihab xarakterli rəngini saxlayır.


366
Şək.30.1. Allergik vaskulitlərdə səp-
gilərin tipik lokalizasiyası
Nekrotik-xoralı tip dermal angiitin ən ağır 
variantı sayılır. O, kəskin başlayır (bəzən ildı-
rımsürətli) və uzun sürən gedişə malik olur (əgər 
proses sürətli letal nəticə ilə başa çatmırsa). İl-
tihablaşmış qan damarlarının kəskin trombo-
zu nəticəsində dərinin bu və ya digər sahəsinin 
məhvi (infarkt) baş verir ki, bu da geniş qara ko-
bud qartmaq (strupa) şəklində nekrozla təzahür 
edərək yaranmasından əvvəl hemorragik ləkələr 
və qovuqlarla meydana çıxır. Proses bir neçə saat 
ərzində inkişaf edir, güclü yerli ağrılar və qız-
dırma ilə müşayiət olunur. Zədələnmə ocaqları 
çox vaxt aşağı ətraflarda və sağrılarda yerləşir. 
İrinli-nekrotik strupa uzun müddət qalır. Onun 
qopmasından sonra əmələ gələn xoralar müxtə-
lif ölçülərə və sərhədlərə malik olaraq, daxilində 
irinli möhtəviyyat olur və yavaş-yavaş çapıqlaşır.
Polimorf tip dermal angiitin digər tipləri üçün səciyyəvi olan müxtəlif səpgi ele-
mentlərinin birgə təsadüf etməsi ilə səciyyələnir. Çox vaxt ödemli iltihabi ləkələrin, 
purpuroz xarakterli hemorragik səpgilərin və səthi ödemli xırda düyünlərin birgə rast 
gəlməsi nəzərə çarpır ki, bu da 3 simptomlu Qucero-Dyuperra sindromunun və ona ox-
şar polimorf-nodulyar Ryuiter arteriolitinin klassik klinikasını təşkil edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin