Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə256/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   446
DERMATOLOGİYA-dərslik 1

Düyünlü angiit 
Düyünlü angiit (düyünlü vaskulit) düyünlü eritemanın müxtəlif variantlarını özündə 
birləşdirərək bir-birindən düyünlərin xarakteri və prosesin gedişatı ilə fərqlənir.
Kəskin düyünlü eritema - klassikdir, lakin heç də xəstəliyin tez-tez rast gələn for-
ması deyildir. O, baldırlarda (nadir hallarda ətrafların digər sahələridə) sürətlə aşağı 
ətrafların ümumi şişkinliyi fonunda parlaq-qırmızı uşaq ovucu böyüklüyündə ödemli 
ağrılı düyünlərin əmələ gəlməsi ilə təzahür edir. Bədən temperaturunun 38-390C-yə qə-
dər yüksəlməsi, ümumi zəiflik, baş ağrısı, artralgiyalar nəzərə çarpır. Xəstəlikdən əvvəl 
soyuqdəymə, angina əlamətləri meydana çıxır. Düyünlər 2-3 həftə ərzində iz qoymadan 
itirlər, tədricən öz rəngini göyümtül, yaşıl, sarı («qançırın işıq saçması») rəngə qədər 
dəyişir. Düyünlərin xoraya çevrilməsi baş vermir. Residivlər müşahidə olunmur. 
Xronik düyünlü eritema – dəri angiitinin ən çox rast gələn formasıdır, davamlı resi-
divləşən gedişi ilə fərqlənir, adətən orta və ahıl yaşlı qadınlarda, bəzən damar və allergik 
xəstəliklər fonunda, fokal infeksiyalar və kiçik çanaq orqanlarında iltihabi və ya şişəbən-
zər proseslər fonunda (xronik adneksit, uşaqlığın mioması) meydana çıxır. Kəskinləş-
mələr çox vaxt yazda və payızda baş verir, az miqdarda göyümtül-çəhrayı, qoz böyüklü-
yündə bərk ağrılı düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. İnkişafının əvvəlində 
düyünlər dərinin rəngini dəyişdirmir, onun üzərindən qabarmırlar, təkcə palpasiya zama-
nı təyin edilirlər. Düyünlərin əsas lokalizasiyası – baldırlardır (adətən onların ön və yan 
səthləri). Baldırların və ayaqların alt hissəsinin orta dərəcəli ödemi müşahidə olunur. 
Ümumi əlamətlər daimi deyildir və zəif nəzərə çarpır. Residivlər bir neçə ay davam edir, 
bu müddətdə bəzi düyünlər sorulur, onların yerində isə digərləri əmələ gəlir.
Miqrasiya edici düyünlü eritema adətən yarımkəskin, bəzən xroniki gedişlə sürür və 
əsas zədələnmənin özünəməxsus dinamikasına malik olur. Bir qayda olaraq, proses as-
simmetrik xarakter daşıyır və baldırların ön-yan səthində yastı düyünün əmələ gəlməsi 
ilə başlayır. Düyün çəhrayı-göyümtül rəngdə, xəmirvari konsistensiyalı olur və periferik 
artım hesabına çox tezliklə böyüyür, mərkəzi batmış solğun rəngli iri, valşəkilli daha 


368
geniş periferik zonası olan dərin lövhəyə çevrilir. Digər baldırda tək-tək xırda düyünlər 
də müşahidə edilə bilər. Zədələnmələr bir neçə həftədən bir neçə aya qədər davam edə 
bilər. Ümumi əlamətlərin (subfebrilitet, halsızlıq, artralgiyalar) yaranması mümkündür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin