Düyünlü-xoralı angiit
Düyünlü-xoralı angiit geniş mənada xronik düyünlü eritemanın xoralı forması kimi
nəzərdən keçirilir, lakin onun indurativ eritema ilə birləşdirən olduqca səciyyəvi klinik
xüsusiyyətləri sayəsində ona diqqəti artırır. Proses əvvəldən torpid gedişə malik olur
və bərk, kifayət qədər iri, az ağrılı, göyümtül-qırmızı düyünlərlə təzahür edərək, dağıl-
mağa və xoralaşmağa meylli olan ləng çapıqlaşan xoralara çevrilirlər. Təzə düyünlərin
üzərindəki dəri normal rənglidir, lakin bəzən proses göyümtül ləkədən başlayaraq, bir
müddətdən sonra düyünlü bərkiməyə və xoraya transformasiya edir. Xoralar sağaldıq-
dan sonra yerində yastı və ya dartılmış çapıqlar qalır ki, onlar kəskinləşmələr zamanı ye-
nidən bərkiyə və xoralaşa bilərlər. Tipik lokalizasiya baldırların arxa səthi sayılır, lakin
düyünlərin digər sahələrdə də yerləşməsi mümkündür. Baldırların xarakterik pastozluğu
səciyyəvidir. Proses xronik residivləşən gedişə malikdir, orta yaşlı qadınlarda, bəzən ki-
şilərdə müşahidə olunur. Düyünlü-xoralı angiitin klinik şəkli çox vaxt tamamilə Bazenin
indurativ eritemasını simulyasiya edir ki, xəstəliyin differensial diaqnostikasında bunu
ciddi nəzərə almaq lazımdır.
Xəstəliyin gedişi və aktivlik dərəcəsi
Dəri vaskulitləri zamanı proqressiv, stasionar və reqressiv mərhələlər ayırd olunur,
onları aşkar etmək üçün əlavə xüsusiyyətlərin axtarılmasına ehtiyac yoxdur və asanlıqla
identifikasiya olunurlar.
Aktivlik dərəcəsi dəri zədələnməsinin yayılma intensivliyinin, ümumi vəziyyətlərin
və digər orqan, sistemlərin zədələnmə əlamətlərinin olması, həmçinin laborator göstəri-
cilərdəki dəyişikliklərlə müəyyən olunur.
Praktik məqsədlə aktivliyin 2 dərəcəsi ayırd olunur:
I. Aşağı;
II. Yüksək.
Birinci dərəcəli aktivlik zamanı zədələnmə lokalizasiyalı xaratker daşıyır, kiçik və
ya orta sayda səpgilərin yaranması ilə nəzərə çarpır, ümumi əlamətlər olmur (qızdırma,
halsızlıq, baş ağrısı), digər orqanların prosesə qoşulması əlamətləri yoxdur, laborator
göstəricilər normadan o qədər də fərqlənmir.
İkinci dərəcəli aktivlik zamanı proses disseminasiyalı xarakter daşıyır, səpgilər çox-
dur, ümumi əlamətlər vardır (arabir üşütmə, subfebril qızdırmadan hektik qızdırmaya
qədər, ümumi zəiflik, baş ağrısı), sistemlilik aşkar edilir (artralgiyalar, mialgiyalar, lim-
fadenopatiyalar, mədə-bağırsaq pozğunluqları), müxtəlif laborator göstəricilərin dəyi-
şilməsi (EÇS-nin saatda 20 mm-ə qədər və daha çox yüksəlməsi, leykositoz və ya ley-
kopeniya, eozinofiliya, hemoqlobinin miqdarının azalması, trombositopeniya, ümumi
zülalın, α2-və ya -qlobulinlərin miqdarının yüksəlməsi, ayrı-ayrı immunqlobulinlərin
miqdarının dəyişililməsi, komplementin səviyyəsinin azalması, C-reaktiv zülalın əmələ
gəlməsi, revmatoidli amilə qarşı müsbət sınaqlar, DNT-yə qarşı anticisimlərin yaranma-
sı, antistreptolizin-O və antihialuronidazanın yüksək titrləri, fibrinolizinin səviyysinin
azalması) müşahidə olunur.
|