Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


XXXI FƏSİL. DƏRİNİN YENİ TÖRƏMƏLƏRİ



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə259/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   446
DERMATOLOGİYA-dərslik 1

XXXI FƏSİL. DƏRİNİN YENİ TÖRƏMƏLƏRİ
Dəri xərçəngi insanın şiş xəstəlikləri arasında tez-tez rast gəlinən xəstəliklərindən-
dir. ABŞ- da hər il 600000- dən çox yeni dəri xərçəngi hallarina rast gəlinir və xəstəli-
yin artması, cavanlaşması tendensiyası müşahidə edilir. Vaxtında başladılmış müalicə 
bazaıhüceyrəli və yastıhüceyrəli dəri xərçəngi formalarında 95%, bədxassəli melano-
mada 90%, melanomanın gecikmiş formalarında isə 39%- ə qədər sağalma və yaxşılaş-
ma əldə etməyə imkan verir.
Dəri xərçənginin müalicəsində uğur erkən aşkar edilmədən, müxtəlif ixtisaslı 
həkimlərin ilkin simptomlar haqqında məlumatlı olmağından, xərçəngönü xəstəlikləri 
olan xəstələrin (piqment kseroderması, aktinik keratoz, piqment nevusları,leykopla-
kiyalar) müşahidəsindən və profilaktikasından (hiperinsolyasiyadan, anadangəlmə 
xalların travmaya məruz qalmasından qorunma) çox asılıdır.
Xərçəngin meydana çıxması çoxmərhələli, bəzi hallarda isə kifayət qədər uzun 
sürən prosesdir və xərçəngönü vəziyyətlərlə (keratozlar, şüa dermatiti, Bouen xəstəli-
yi) başlayır. Bu vəziyyətlər xərçəngdən bir və ya bir neçə xarakter əlamətin olmaması 
ilə fərqlənir və dəridəki şiş prosesinin tədricən proqressivləşməsi nəticəsində yaranır. 
Xərçəngönü dəyişikliklərin nəticəsi olaraq:
• 
Proses proqressivləşə bilər (radial və şaquli inkişaf) ;
• 
Metastazlar və yanaşı toxumalara invaziya olmadan inkişaf gedə bilər (radial 
böyümə) ;
• 
Görünən dəyişikliklərsiz uzun müddət qala bilər (radial və şaquli böyümənin 
olmaması);
• 
Spontan reqres müşahidə oluna bilər. 
Prosesin ilk inkişaf yolu təhlükəli olaraq xərçəngönü vəziyyətin xərçəngə transfor-
masiyasını göstərir. Xərçəngönü prosesin proqressivləşməsi bir qayda olaraq kanse-
rogen faktorların uzunmüddətli və ya periodik təsiri ilə müşaiət olunur. Bu faktorların 
təsirinin kəsilməsi prosesin bədxassəliləşməsinin qarşısını istənilən mərhələdə ala bilər.
Dəridəki şiş prosesinin morfoloji əlamətləri onun proqressivləşməsinə uyğun ola-
raq aşağidakı kimi xarakterizə olunur: hiperplaziya- metaplaziya- atipik metaplaziya- 
displaziya- intraepitelial xərçəng (canser in situ)- invaziv xərçəng- anaplastik xərçəng.
Əgər displaziya əlamətləri zamanı hüceyrələrin normal proliferasiyaya qayıtmaq 
ehtimalı kifayət qədər böyükdürsə, anaplaziya zamanı bu ehtimal çox aşağıdır.
Təsnifat
Dəri şişləri birincili, ikincili və hemodermiyalara bölünurlər.
• 
Dərinin birincili şişləri - onun müxtəlif strukturlarının anadangəlmə xarakterli 
patoloji proliferasiya ocaqlarıdır ( embrional inkişaf qüsurları- nevuslar) və ya aktivləş-
dirici faktorların təsiri nəticəsində yaranmışlardır (qazanılmış, evolusyon).
• 
Dərinin ikincili şişləri daxili orqanların xərçəngində bədxassəli hüceyrələrin 
metastaz verməsi nəticəsində əmələ gəlir.
• 
Hemodermiyalar ( leykemiyalar) qan yaradıcı sistemin bədxassəli xəstəliklə-
rində dəridə mieloid hüceyrələrin proliferasiyası nəticəsində yaranır.


371
Proqnostik planda dəri şişləri xoşxassəli, xərçəngönü ( prekanserozlar) və bədxassə-
li şişlərə bölünürlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin