379
Müalicə. Cərrahi, elektrokoaqulyasiya, lazer terapiyası və üç xlor sirkə turşusu ilə
yandırmaq.
“Vətər ksantomaları”-dəri altından qabaran sarı və ya normal dəri rəngində törəmə-
dir. Oynaqları açan zaman onlar vətərlərlə birgə hərəkət edir. Müalicəsi: Doymuş yağ
turşuları və xolesterin çox olan ərzaqlardan istifadə etməmək. Xolestiramin, simvasta-
tik, pravastatin təyin olunur.
“Qabaran ksantomalar” sarımtıl düyünlər olaraq əsasən dirsək və dizlərdə eruptiv
ksantomaların birləşməsi nəticəsində yaranır. İrsi dislipoproteidemiya, hipertriqliseride-
miya və ailəvi lipoproteidlipazanın çatışmamazlığı nəticəsində yaranır.
Müalicə. Əsas xəstəliyin müalicəsi.
“Eruptiv ksantomalar” qəfil olaraq çox miqdarda iltihabi reaksiya ilə müşahidə olu-
nan düyüncüklü elementlər şəklində yaranır. Adətən sağrı, az hallarda dirsək, diz, kürək
nahiyəsində lokallaşır. Ailəvi hipertriqliseridemiya, disbetalipoproteidemiya, şəkərli
diabetin dekompensə olunan formasında müşahidə olunur. Səpgilər dəqiq yarımkürə
şəklində qırmızı haşiyəli sarı düyüncüklərdən təşkil olunurlar.
Müalicə. Minimal dərəcədə yağ olan aşağı kaloriyalı pəhriz.
“Əl içi yastı ksantomalar”- ovuc və barmaqların şırımlarında sarı- narıncı rəngdə
yastı və ya yüngül qabıqlanan xətlərlə müşahidə olunur. Ailəvi-disbetalipoproteidemiya
zamanı müşahidə olunur.
Müalicə. Tərkibində yağlar və karbohidratlar az olan pəhriz.
“Lipidlərin normal səviyyəsi zamanı yaranan yastı ksantomalar”- aydın omayan sə-
bəb vəya qan xəstəlikləri - (mielom xəstəliyi, leykozlar, limfomalar) zamanı yaranır.
Məhdud sarımtıl- qırmızı ocaqlarla müşahidə olunur.
Dostları ilə paylaş: