Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə270/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   446
DERMATOLOGİYA-dərslik 1

Anadangəlmə piqment nevuslar
Anadangəlmə nevohüceyrəli nevus.
Bu nevus doğulduqda və ya südəmər yaşda aşkarlanır, müxtəlif ölçülərdə xoşxassəli 
piqment yeni törəməsidir, nevus hüceyrələrdən ibarətdir. Nevo hüceyrəli nevusun mela-
nomaya çevrilmə ehtimalı var.
Ölçülərindən asılı olaraq nevohüceyrələrin nevusu üç ölçüdə rast gəlinir:
• 
Nəhəng nevohüceyrəli nevus (diametr 20 sm, 20 min yeni doğulmuşdan 1-də)
• 
Orta ölçüdə anadangəlmə nevohüceyrəli nevus (diametr - 2-20 sm, 0,6% yeni-
doğulmuşlarda rast gəlinir)
• 
Kiçik anadangəlmə nevohüceyrəli nevus (diametr 2 sm-dən kiçik, 1% yenido-
ğulmuşlarda aşkarlanır)
Başın və boyunun anadangəlmə nəhəng nevohüceyrəli nevusu əsasən yumşaq və hö-


382
rümçək beyin qişaları ilə birgə müşahidə olunur: simptomsur, epilepsiya klinikası ilə, 
nevroloji simptomatika ilə gedişata malik olur.
Böyük anatomik sahəni əhatə edən lövhəciyin səthində çox vaxt düyünlər, papulalar 
və qara tüklər müşahidə olunur.
Böyük nevohüceyrəli nevusun həyat boyu melanomaya çevrilmə riski 6,3 %-dən 
çoxdur edir.
Kiçik hüceyrəli nevus zamanı melanomanın yaranma riski 1-5%
Differensial diaqnoz.
Anadangəlmə nevohüceyrəli nevusu differensial diqnozunu neyrofibromatoz, 
monqol ləkəsi, Ota və To nevus epidermal nevus, yeni yaranan lentiqo və nost iltihabı 
hiperpiqmentasiya ilə.
Nəhəng hüceyrəli anadangəlmə nevohüceyrəli nevus zamanı melanomonun yaranma 
riski 5-15%-dir, kiçik anadngəlmə nevo hüceyrəli nevus zamanı 5%-ə qədər. Anadan-
gəlmə nevohüceyrəli nevusun gövdədə yerləşən zaman melanomanın yaranma riski çox 
yüksəkdir.
Nevohüceyrəli nevusun müalicəsi
Ləkəli qaralmış nevus zamanı müşahidə və insolyasiyanın məhdudlaşdırılması əsas 
göstəricidir (bədxassəli prosesə keçmə riski). Biopsiya və nevusun xoşxassəli olması 
təsdiqləndikdən sonra, çətin və intradermal qazanılmış nevusların elektrokoaqulyasiyası 
mümkündür.
Kiçik anadangəlmə nevohüceyrəli nevuslar 12 yaşa qədər götürülə bilər.
Nəhəng anadangəlmə nevusun melanomaya dönmə riski yüksək olduğu üçün erkən 
vaxtlarda götürülür. Göstəriş olduqda (başın tüklü hissəsi, alt çənə nahiyəsi, aralıq, selik-
li qişa, ağrı olduqda,qanaxma) və hsitoloji olaraq təsdiqləndikdə transplantasiya metodi-
kasını tətbiq etməklə kəsilib götürülür (anadangəlmə nevohüceyrəli, displastik və mavi 
nevusu istisna etdikdən sonra).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin