Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə273/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   446
DERMATOLOGİYA-dərslik 1

METEOROLOJİ XEYLİT
Meteoroloji xeylit (Cheilitis meteorologica) dodaqların iltihabi xəstəliyidir. Bu 
xəstəliyin əsas səbəbi müxtəlif meteoroloji faktorların (rütubətin artması və ya azalma-
sı, havanın tozlanması, külək, soyuq, günəş radiasiyası) təsiridir. Ilin bütün fəsillərində 
müşahidə olunur. Çox vaxt proses açıq havada yüksək temperaturla, yüksək quruluq 
şəraitində və tozlu mühitdə işləyən şəxslərdə qeydə alınır. Xəstəlik kişilərdə qadınla-
ra nisbətən daha tez-tez müşahidə olunur, çünki qadınlar dodaq pomadasından istifadə 
edərək dodaqlarını meteoroloji faktorlardan qoruyurlar.
Klinikası. Meteoroloji xeylitdə əsasən alt dodağın qırmızı haşiyəsi zədələnir. Bütün 
qırmızı haşiyəhiperemiyalaşır, nisbətən infiltrasiyalaşır, quruyaraq tez-tez xırda qabıq-
larla örtülür. Xəstələri dodaqların quruması və dartılması hissi narahat edir.
Meteoroloji xeylitin gedişi xronikidir, nadir hallarda bədxassəli ola bilər. Lakin onun 
fonunda xərçəngönü xəsatəliklər əmələ gələ bilər.
Patohistoloji müayinəsində qeyri-bərabər diffuz epitelinin hiperplaziyası və bir qə-
dər az qabıqlanması müşahidə olunur. Derma infiltrasiyalaşır, elastik liflər sıxlaşaraq 
hemoginizasiyaya uğrayır.
Etiologiyası və patogenezi. Xəstəliyin əsas səbəbi yüksək və aşağı temperatur, hava-
nın rütubətinin qalxması və enməsi, intensiv insolyasiya, külək, otaqların tozlanması və 
sairdir.
Diaqnostikası. Meteoroloji xeylitin klinikası olaraq allergik kontakt xeylit və aktinik 


387
xeylitin quru forması ilə oxşarlığı çoxdur.
Allergik kontakt xeylitdə proses hər iki dodağın qırmızı haşiyəsini zədələyərək do-
daqların dərisinə də az miqdarda keçir. Differensial diaqnostikanın aparılmasında anam-
nestik məlumatların əhəmiyyəti böyükdür. Meteoroloji xeylitlə aktinik xeylitin quru 
formasının differensial diaqnostikasının əhəmiyyəti böyükdür, çünki bu xəstəliklərin 
ikisinin də səbəbi insolyasiyadır. Aktinik xeylit çox vaxt günəş şüalarının dodaqların 
qırmızı haşiyəsinə qısa müddətli təsiri ilə əlaqədar və hökmən sensibilizasiyasının nəti-
cəsi kimi əmələ gəlir.
Proqnoz xoşgedişlidir, ancaq uzunmqüddətli hallarda onun fonunda xərçəngönünün 
obliqat növləri inkişaf edə bilər.
Müalicəsi. Birinci növbədə xəstəliyin səbəblərini aşkarlayıb aradan qaldırmaq lazım-
dır. Vitaminlərdən – B2, B6,B12, PP təyin olunur. Dodaqların qırmızı haşiyəsinə gigi-
yenik dodaq pomadası və fotoqoruyucu yağlı kremlər və məlhəmlər sürtmək lazımdır. 
Kəskin iltihabi hallarda 7-10 gün müddətində 0,5%-li prednizalon və elakom məlhəm-
lərindən istifadə etmək olar.
Meteoroloji xeylitin profilaktikası məqsədilə xəstələri qıcıqlandırıcı meteoroloji fak-
torlarla əlaqəsi olmayan işlərə keçirmək lazımdır. Belə tədbirləri keçirmək mümkün ol-
madıqda, xəstələrə dodaqların qırmızı haşiyəsinə yağlı məlhəmlər, kremlər və dodaq 
pomadası sürtmək məsləhətdir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin