390
lazımdır.
Elefantiazis makroxeylitdən kəskin iltihabi əlamətlərin olması, proses kəskinləşdik-
də bədən hərarətinin yüksəlməsi, birləşdirici toxumanın fibrozu dodaqların toxumasının
bərk elastic konsistensiyaya malik olmasına səbəb olur ki, bu hallar Melkersson-Rozen-
tal sindromunda müşahidə olunmur.
Antihistamin preparatlarının qəbulundan, həmçinin prosesin tez-tez kəskinləşməsi və
xəstəliyin tutması qurtardıdan sonra Kvinke ödeminin birdən tam itməsi xarakterikdir.
Makroxeyliya müəyyən qrup xəstələrdə dodaqların xroniki çatlarına təkrar infeksiya-
nın qoşulmasının ağırlaşması kimi əmələ gələ bilər. Belə makroxeyliya əsasən rasional
müalicədən sonra tez keçir.
Proqnoz. Proqnoz çox hallarda xoşgedişlidir. Ancaq bəzi xəstələrdə (müaliəyə bax-
mayaraq) proses uzun müddət onları narahat edir.
Müalicəsi. Cərrahi və konservativ yollarla aparılır. Hər bir xəstə diqqətlə yoxlanıla-
raq prosesin əmələ gəlmə səbəbləri aydınlaşdırılçalıdır. Belə ki, əsas diqqət fokal infek-
siya ocaqlarına onunla yanaşı çənə-üz nahiyəsinə yönəldilməlidir.
Kombinasiyalı müalicə kortikosteroidlər (20-30 mq prednizalon) geniş spektorlu tə-
sirə malik antibiotiklər (oletetrin 750000-100000 vah. – gündə 2 dəfə) və sintetik mal-
yariya əleyhinə preparatlarla (delaqil- 0,25 - gündə 2 dəfə və s.) yaxşı nəticə əldə etmək
olar. Makroxeylitdə xarici müalicə yerli heparin məlhəmilə elektrofarz və ödemli zə-
dələnmə nahiyələrinə heparinin dimiksidlə qarışığı sürtüldükdə yaxşı effekt verir. Xəstə-
liyin ilk anlarında aparılan kompleks müalicə yaxşı nətiə verir. Təkrari kurs müalicələr
2-3 aydan bir aparılmalıdır.
Dostları ilə paylaş: