384
haşiyəsinin mərkəzi hissəsinin – Kleyn sahəsinə yaxın (atipik forma) zədələnməsi ilə
müşahidə olunur. Üst dodağın qalan hissələri və alt dodaq intakt qalır. Eksfoliativ xeylit
birdən başlayır. Onun gedişi davamlı və monotondur. Spontan sağalma halları qeyd olu-
nur. Eksfoliativ xeylit heç bir halda bəd gedişə çevrilmir.
Patohistologiyasına
gəldikdə akantoz, tikanlı qatda külli miqdarda açıq rəngli hü-
ceyrələrin olması, tikanlı və buynuzlaşmış qatlarda hüceyrələr arasında əlaqələrin po-
zulması, para- və hiperkeratoz halları müşahidə olunur. Dermanın epitelaltı hissəsi kol-
lagenləşib, cüzi limfositlər və plazmositlərlə infiltrasiyalaşıb. Qeyd etmək lazımdır ki,
tikanlı qatda müşahidə olunan açıq rəngli hüceyrələr distrofik proseslərin nəticəsi kimi
yox, metabolizmin aktivliyinin ardıcıl əvəz olunmasının nəticəsində, yəni onların xüsusi
funksional vəziyyəti ilə əlaqədardır. Başqa hüceyrələrdən fərqli olaraq, bu hüceyrələr
(açıq rəngli hüceyrələr) intensiv inkişaf etmək üçün sakit vəziyyətdə enerji toplayırlar.
Etiologiya və patogenezi. Xəstəliyin tam etiologiyası və patogenezi öyrənilməmişdir.
Eksfoliativ xeylitin patogenezində əsas rol psixo-emosional faktorlara ayrılır ki, onlar
dodaqların qırmızı haşiyəsinin vegetativ innervasiya mexanizmləri
vasitəsilə somatik
patologiyaya çevrilirlər. Eksfoliativ xeylitin iki forması da psixo-emosional dəyişiklik-
lərin variantı kimi xarakterizə olunur. Ekssudativ formada, əsasən narahatçılıq reaksi-
yaları, quru formada isə depressiv reaksiyalar üstünlük təşkil edir. Ekssudativ formalı
xəstələrdə vegetativ disfunksiyaya əsasən simpatiko – adrenalinin təsiri, quru formada
isə vegetativ sinir sisteminin kəskin təsiri müşahidə olunmur. Eksfoliativ xeylitli xəstələ-
rin elektroensefaloqrafik müayinəsində, baş beynin bioelektrik aktivliyinin diffuz də-
yişiklikləri müşahidə olunur ki, bu da onun dərin artımlarında
irriativ dəyişikliklərlə
əlaqədardır.
Eksfoliativ xeylitin patogenezində endokrin dəyişikliklərin rolu böyükdür,
lakin
xəstələrin çoxunda yüngül formalı tireotoksikoz aşkar edilir. Xəstəliyin əmələ gəlməsin-
də irsiyyətin rolu vardır. Bunu deməyə eksfoliativ xeylitin ailə üzvlərində tez-tez təsadüf
olunması və onun yumşaq leykoplakiya ilə müşayiət olunması əsas verir.
Diaqnostikası. Eksfoliativ xeylitin diaqnostikasında onun tipik klinikası və standart,
ancaq bu xəstəyə məxsus prosesin lokalizasiyası xarakterikdir.
Eksfoliativ xeylitin ekssudativ formasını, aktinik xeylitin ekssudativ forması ilə, ab-
raziv xərçəngönü xeylitlə (Manqanotti xeyliti), həqiqi pemfiqus, qırmızı qurdeşənəyinin
eroziv-xoralı formasından fərqləndirmək lazımdır.
Aktinik xeylitin ekssudativ formasında, eksfoliativ xeylitin ekssudativ formasından
fərqli olaraq ilin fəsli ilə əlaqəsi, dodaqların bütün qırmızı haşiyəsinin zədələnməsi, öde-
min və vezikulların yerində eroziyaların əmələ gəlməsi ilə xarakterizə olunur.
Həqiqi pemfiqus eksfoliativ xeylitin ekssudativ formasından dodaqların qırmızı ha-
şiyəsində qartmaqlar qopardıldıqda yerində eroziyalar olması Nikolski simptomunu
müsbətliyi və hazırlanan yaxmalarda akantolitik hüceyrələrin tapılması ilə fərqlənir.
Abraziv xərçəngönü xeylit (Manqanotti xeyliti) eksfoliativ xeylitin ekssudativ forma-
sından prosesin məhdudluğu ilə, eroziyaların olması və gedişi ilə differensiasiya olunur.
Qırmızı qurdeşənəyinin eroziv-xoralı forması prosesin ocaq xarakterli kəskin erite-
ma, hiperkeratoz, çapıqlaşan atrofiyanın, eroziya və xoraların əmələ gəlməsi ilə xarak-
terizə olunur. Qabıqlar qırmızı qurdeşənəyində Vud lampası ilə işıqlandırıldıqda ağım-
tıl-göy rəngdə görünürlər.
385
Eksfoliativ xeylitin quru formasını atopik xeylitdən fərqləndirmək lazımdır. Atopik
xeylitdə qırmızı haşiyənin dəriyə yaxın müəyyən hissəsi və ağız bucaqlarının dəriyə
keçən sahəsində, dodaqların qırmızı haşiyəsinin selikli qişaya yaxın zonası zədələnmir.
Xəstəliyin əsas klinik əlaməti lixenizasiyadır. Atopik xeylitə ilin fəslindən asılı olaraq
kəskin dövrün remissiyalarla əvəzi və güclü qaşınmaların olması xarakterikdir.
Meteoroloji xeylit, eksfoliativ xeylitin quru formasında
bilavasitə öz gedişinin
müxtəlif meteoroloji faktorlardan asılılığı və dodaqların qırmızı haşiyəsinin bütün səthi-
nin zədələnməsi və kəskin iltihabi dəyişikliklərin olması ilə fərqlənir.
Kontakt allergik xeylitdə, eksfoliativ xeylitin quru formasından müqayisədə eritema-
nın, yəni məhdud nahiyədə sensibilizatorla kontaktda olduqda, qaşınma və səpgilərin
dodaqların müəyyən allergenlə kontaktını kəsdikdə tez sorulması ilə fərqlənir. Proqnozu
xoşxassəlidir.
Müalicə. Eksfoliativ xeylitin müalicəsi çox mürəkkəbdir. Xəstəliyin terapiyası
kompleks və hər növə uyğun müxtəlif olmalıdır. Ekssudativ formada trankvilizatorlar
təyin edilirlər: fenazepam 0,0005 q – gündə 3 dəfə, sibazon (seduksen, relanium) 0,005
q – gündə 3 dəfə, qrandaksin 0,05 q – gündə 3 dəfə, neyroleptiklər: tioridazin (sonapaks)
0,01 q – gündə 3 dəfə, adrenoblokatorlardan: anaprilin (obzidan) 0,01 q – gündə 3 dəfə,
periferik xolinoreaktiv sistemi blokada edici preparatlardan: bellaspon 1 q – gündə 3
dəfə. İynə ilə refleksoterapiya metodları məqsədəuyğundur və kortikosteroid məlhəmləri
ultrafarezlə birlikdə təyin oluna bilər.
Eksfoliativ xeylitin quru formasında isə antidepressantlar (amitriptillin 0,025 q –
gündə 2 dəfə) və trankvilizatorlar (trioksazin 0,03 q – gündə 3 dəfə), xlozepid (elenium
0,01q – gündə 3 dəfə), refleksoterapiya metodları (iynə, elektro-lazeroakupunktura), xa-
ricə yağlı krem və məlhəmlər təyin olunur.
Eksfoliativ xeylitin ekssudativ növündə Bukki şüaları çox yaxşı təsir göstərir: 200
rad – həftədə 2 dəfə, ümumi 1600-dən 3000 rad-a qədər. Hər seans əvvəl qırmızı haşiyə-
dən qartmaqlar qopardılır, onları 2 %-li Bor turşusu ilə islatmaq yaxşı olar. Xəstəliyin
ekssudativ növündə tireotoksikoz əlamətləri olduqda, qalxanabənzər vəzinin funksiyası-
nı tormozlayan preparatlar təyin olunur.
Eksfoliativ xeylitin xəstələrə psixoprofilaktik seanslar aparmaqla yaxşı nəticələr əldə
etmək olar.
Dostları ilə paylaş: