Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə269/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   446
DERMATOLOGİYA-dərslik 1

“Piqment nevuslar”
Ləkəli nevus - tək, böyük ölçüdə, üzdə, gövdədə, ətrafların proksimal hissələrində 


381
yerləşən xoşxassəli piqment ləkəsidir. Ləkəli nevusun yerləşdiyi nahiyədə melanoma-
nın yaranması nadir hallarda olur. Piqment nevuslar dərinin müxtəlif qatlarında nevoid 
hüceyrələrin yığılması nəticəsində yaranır. Nevoid hüceyrələr melanossitlərindən çıxın-
tıların olmaması ilə nevusların miqdarı və onların lokallaşması ilə fərqlənir. Piqment 
nevuslar-nəhəng formalı, adətən anadan gəlmə, bəzi hallarda tüklü ola bilirlər. Nevoid 
hüceyrələrin lokallaşmasından asılı olaraq nevuslar bölünür:
• 
Sərhəd nevohüceyrəli nevus hüceyrələri əsasən epidermisin alt qatlarında yerlə-
şir);
• 
Intradermal nevohüceyrəli nevus və ya” istirahət edən” nevus və ya anadangəl-
mə ləkə (nevus hüceyrələr orta və alt dermada yerləşirlər);
• 
Qarışıq və ya çətin nevohüceyrəli nevus (özündə sərhəd və intradermal nevusun 
əlamətlərini daşıyan)
Piqment nevuslarının bəzi formaları, travmatizasiya nəticəsində melanozaya trans-
formasiya oluna bilərlər. Əsasən bu tünd-qəhvəyi və ya qara rəngdə olan, səthi quru 
üstündə tüklərin inkişaf əlaməti olmayan yastı düyüncük formasında olan piqmentli sər-
həd nevusuna aiddir. Bu nevuslar adətən anadfangəlmə olur, ancaq müxtəlif yaş qruplu 
insanlarda yarana bilər.
İlkin yaranış ləkənin histoloji müayinəsi zamanı akantoz, bazal qatda melanositlərin
sayının artması, melanosit və keratinositlərdə melaninin miqdarının çox olması aşkarla-
nır. Sonradan yaranan kiçik ləkələrin histoloji müayinəsi zamanı əsasən sərhəd nevro-
hüceyrəli nevusun, az hallarda qarışıq və ya desplastik nevohüceyrəli nevusun əlamətləri 
aşkarlanır.
Qazanılmış piqment nevuslar
Lentiqa- tez və ya çox miqdarda, sarı-qəhvəyi və ya qəhvəyi qara rəngdə, yastı və 
ya az qabaran, qarabaşaq dənəsi ölçüsündə ləkədir. Lentiqalar iki formada rast gəlinir - 
gənclik lentiqosu dərinin müxtəlif nahiyələrində uşaq yaşlarında özünü göstərir. 
Qocalıq lentiqosu - yaşlı insanlarda dərinin gündən qorunmayan, açıq hissələ-
rində rast gəlinir. Ləkələrin üzərində papula və düyünlərin yaranması şiş hüceyrələrinin 
dermaya invaziyasını və qocalıq lentiqosunun lentiqo-melanomaya transformasiyasını 
göstərir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin