377
xoralaşan, eroziyaya uğrayan sonra qartmaqla örtülən, travmatirasiya zaman qanayan
düyündən ibarətdir. Üzdə, əl barmaqlarında, diş ətində, kapilyarların törəyib artması nə-
ticəsində yaranır. Əsasən uşaqlarda və hamilələrdə rast gəlinir. Differensiasiya düyünlü
melanoma, anqiosarkoma ilə aparılır.
Müalicə. Şişin kəsilib götürülməsi, elektrokoaqulyasiya, implus lazerterapiya.
Qlomangioma (Qlomus şişi)
Arteriovenoz yumaqcıq anastomozunun xoşxassəlli şişidir. Əsasən tez-tez rast gəli-
nir (travmadan sonra) və özünü qırmızımtıl-göy rəngdə, fərqli konsistensiyalı və kəskin
ağrılı lenktikulyar döyüncük (papula) kimi göstərir. Lokallaşma ətraflar, əsasən dırnaq
yatağı, nadir hallarda boyun,üz, cinsiyyət üzvü və s.
Qlomangioma kapsulalanmış, çoxlu miqdarda kiçik damarlardan ibarət olan, daxili
səthi endotelial və glomus hüceyrələri ilə və demielinizə olunmuş sinir lifləri ilə örtül-
müş ocaqdan ibarətdir.
Çoxlu miqdarda glomangioma əsasən uşaqlarda rast gəlinir və autosom-dominant tip
ilə ötürülür.
Differansial diaqnoz. Melanoma, Neyrofibromatoz.
Müalicə. Cərrahi kəsilmə, elektrokoaqulyasiya, bəzi hallarda impuls lazerlər effektiv
olur.
Dostları ilə paylaş: