Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə264/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   260   261   262   263   264   265   266   267   ...   446
DERMATOLOGİYA-dərslik 1

Kavernoz (dərin hemangioma)
Dəri (vena, kapilyar, limfatik damarlar), dəri altı, piy toxuması və ya yaxın toxu-
maların damarlarının inkişaf qüsurudur. Yarım kürə formasında, yumşaq kosistensiya-
lı, göyümtül-qırmızı rəngdə, qeyri-dəqiq sərhədli, hissəvi quruluşa malik olan damar 
törəməsidir. Törəməyə barmaqla təzyiq etdikdə çökəklik yaranır və tez bir zamanda itir. 
Müxtəlif yaş qruplarında olan uşaqların gövdə və ətraflarında yaranır.
Bəzi hallarda kavernoz hemangioma venaların varikoz genəlməsi, arteriovenoz fis-
tullarla və alovlanan nevusla birgə rast gəlinir.
Müalicə.Təzyiq edən sarğılar, elastik corablar, kompressiya metodları. Böyük he-
mangiomalarda cərrahi taktika seçilir. Çox miqdarda hemonqioma olduqda yüksək do-


376
zalı kortikosteroidlər tətbiq olunur.
Qocalıq hemangiomaları yarım kürə şəklində, əsasən gövdədə yaranan al-qırmızı 
(bənövşəyi) rəngdə düyüncüklər və ya çox miqdarda nöqtəvari petexiyaya bənzər qırmı-
zı ləkələrdir. Angiokeratomalarla, venoz hemangiomalarla, düyünlü melanoma və daxili 
orqanların (böyrək) metastazları ilə differensiyaya aparılır.
Müalicə. Böyük hemangiomalar müalicəsi cərrahiyə, kiçiklər isə elektrokoaqulyasi-
ya və ya lazer vasitəsi ilə aparılır.
“Venoz hemangioma”
Venoz hemangioma 50 yaşdan yuxarı insanlarda üzdə, dodaqlarda və ya qulaq sey-
vanında yaranan yumşaq tünd-göy və ya bənövşəyi rəngli düyüncüklərdir. Venoz he-
mangiomalar adətən tək-tək rast gəlinirlər, zahiri və subyektiv narahatçılıq törətmirlər. 
Şiş birləşdirici toxumadan ibarət divar ilə əhatə olunan, daxili qat endotelial hüceyrəsi 
olan, eritrositlərlə dolu boşluqdan ibarətdir. Düyünlü melanoma ilə differensiasiya edilir.
Müalicə. Ehtiyac varsa (kosmetik məqsəd ilə) hemangioma elektrokoaqulyasiya və 
ya lazerlə rədd edilir.
Hörümçəyəbənzər hemangioma.
(Damar ulduzları, ulduzlu hemangioma)-teleanqiektaziyadır-mərkəzində radial da-
marlar qansızlaşır, mərkəzi arteriola isə qabarır və pulsasiya qeyd olunur. Əksər lokal-
laşma yeri:üz (yanaqlar, burun), boyun önü və pəncə. Qadınlarda hörümçəyə bənzər 
hemangiomun yaranmasını estroqenlərin artıqlığı ilə izah edirlər (hamiləlik, kontrasep-
tivlərin qəbulu), ulduzcuqlar virus mənşəli – hepatitlərdə, qara ciyəri sağlam insanlar-
dada rast gəlinir.
Uşaq vaxtı və hamiləlikdən sonra yaranan teleanqiektaziyalar tədricən itirlər.
Müalicə. Lazer və elektrokoaqulyasiya ilə kənarlaşdırmaq.
Angiokeratoma (buynuzlaşan hemangioma) - əsasən Fordays angiokeratoması şək-
lində rast gəlinir. Vulvada, xaya kisəciyində çoxlu miqdarda tünd-qırmızı rəngli hiperke-
ratotik miliar və lentikulyar düyüncüklərin yaranması ilə müşahidə olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin