Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə263/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   259   260   261   262   263   264   265   266   ...   446
DERMATOLOGİYA-dərslik 1

Kapilyar hemangioma
Kapilyar hemangioma dəridən qabaran səthi damar şişidir. Doğulduqdan müəyyən 
müddət sonra üzə çıxır, 5-12 yaşda uşaqlarda müşahidə olunur. Yumşaq konsistensiyalı 
al-qırmızı və ya tünd-albalı rəngdə düyün və ya lövhəcik şəklində -baş, gövdə, boyun na-
hiyəsində yerləşən elementdən ibarətdir. Maksimal artım uşağın ilk birinci ilinə təsadüf 
edilir. Şiş adətən mərkəzdən sovrulur, ancaq onun xoralaşması və ikincili infeksiyalaş-
ması da mümkündür. Reqressiyaya uğramış kapilyar hemangiomun yerində səthi çapıq 
dəyişiklikləri, hipopiqmentasiya, atrofiya və ya dərinin kobudlaşması, teleanqiektaziya-
lar qala bilir.
Müalicə. Adətən spontan reqress qeyd olunur. Bəzi hallarda lazer terapiyası və krio-
destruksiya aparılır.
Alovlanan nevus (Port Wine) – qeyri-düzgün formalı qırmızı və ya bənövşəyi rəngli 
ləkə şəklində derma damarlarının inkişaf qüsurudur. Anadan olarkən aşkarlanır, öz-ö-
zünə itmir. Bəzi hallarda göz damarlarının, baş beyinin yumşaq və hörümçək qışası da-
marlarının, aşağı ətrafın varikoz genəlmələri, onurğa beyin damarlarının qüsurları ilə 
əlaqəli ola bilir. Bədənin hər bir yerində rast gələ bilir, ancaq əsasən üzdə müşahidə olu-
nur. Əksər hallarda birtərəfli, bir dermatom hüdudlarında, üzdə üçlü sinirin innervasiya 
zonasında, çox vaxt konyuktiva və selikli qişalar da prosesə cəlb oluna bilər.
Adətən alovlanan nevus dəqiq sərhədlərə malik olur və dərinin xeyli sahəsini əhatə 
edir. Yaşa dolduqca onların səthində düyüncüklər, düyünlər yaranır. Bunlar da insanın 
dərisinin zahirən görünüşünə xələl gətirir.
Unna Nevusu (ənsə nahiyəsinin anadan gəlmə teleanqiektariyası).Təxminən yeni do-
ğulmuşların üçdən birində ənsə nahiyəsində aşkarlanır. Bəzən nevus göz qapaqlarında, 
qaş arası nahiyədə yaranır.
Müalicə. Ləkə mərhələsində maskalayıcı kosmetika, düyüncük, düyünlərin yaranma-
sı mərhələsində lazer müalicəsi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin