Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə283/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   279   280   281   282   283   284   285   286   ...   446
DERMATOLOGİYA-dərslik 1

YASTIHÜCEYRƏLI XƏRÇƏNG
Müxtəlif konserogenlərin (insolyasiya, üç valentli arsenin duzları, ionlaşdırıcı radi-
asiya, şüa terapiyası, elektron şüalanma, Bukk şüaları, orqanların transplantasiyasında 
immunosupressiv terapiya, xlormetinin yerli terapiyası, sənaye konserogenləri, fotokim-
yəvi terapiya və s.) təsirindən atipiklik xassəsini əldə etmiş keratinositlərdən əmələ gəl-
miş dərinin və selikli qişaların bədxassəli invaziv şişləri.
Ağız-udlaq, qırtlaq, vulva, uşaqlıq boynu, cinsiyyət üzvü, anal kanal, aralıq və dır-
naq yastıqlarının yastıhüceyrəli xərçənginin əmələ gəlməsi insanın papiloma virusu ilə 
əlaqələndirilir.
Yastıhüceyrəli xərçəng in situ
• 
Bouen xəstəliyi
• 
Keyr eritroplaziyası
• 
İnsanın papiloma virusu tərəfindən törənən yastıhüceyrəli xərçəng in situ
Bouen xəstəliyi yavaş-yavaş böyüyən, qırmızı rəngli, azaçıq infiltrasiyalı, aydın sər-
hədli lövhəciklərlə təzahür edir. Onun səthində yüngül qabıqlanma və qartmaqlar tapı-
lır. Ocağın periferiyası boyunca, bazaliomanın səthi forması üçün xarakterik olan nazik 
yastıq olmur.
Cinsiyyət üzvünün və ya pülüyün daxili layının xərçəngi - in situ “Keyr eritrop-
laziyası” kimi məlumdur. Bouen xəstəliyinə nisbətən daha çox metastaz verir. İnvaziv 
böyümə əlamətləri zamanı yumşaq, sulanmış, asanlıqla qanayan qranulyasiyalı qartmaq-
larla təzahür edir. 
Bouen xəstəliyinin ağızın selikli qişasında lokalizasiyası zamanı yumşaq da-
maq, dilçək, retromolyar nahiyə, dil zədələnir. Zədə ocaqları çox vaxt leykoplakiya və 
qırmızı yastı dəmrov ilə oxşar olur. Onların səthi eroziv, məməcikli, bəzən hamar, bəzən 
də atrofik artımlı olur. Ocaqlar birləşdikdə qeyri-düzgün kənarlı lövhəciklər əmələ gəlir. 
Subyektiv hissiyyatlar xarakterik deyil.
Diaqnozu təsdiq etmək üçün histoloji tədqiqat zəruridir.
Müalicə
Ocaqın sağlam dəri sərhəddində kəsilməsi və ya yaxınfokuslu rentgenoterapiya.


400
Proqnoz
Xərçəng in situ müalicə edilmədikdə yastıhüceyrəli dəri xərçənginin invaziv forma-
sına transformasiya edir.
İnvaziv yastıhüceyrəli xərçəng xərçəngönü 
xəstəliklərdən və ya xərçəng in situ, adətən, bə-
dənin açıq qalan nahiyələrində inkişaf edir, me-
tastazlaşmaya meyllidir. Buynuzlaşmış və buy-
nuzlaşmamış yastıhüceyrəli xərçəng tipi ayırd 
edilir.
Yüksək differensiallı yastıhüceyrəli xərçəngin
buynuzlaşmış (xoralı) tipi, əvvəlcə, çətin qopan 
buynuz lövhəli, bərk papula, lövhə və ya düyün 
şəklində, olur. Sonra onların mərkəzində erozi-
ya əmələ gəlir, hansı ki, bərk, azacıq qalxmış, 
buynuzlaşmış, qartmaqla örtülmüş kənarları olan 
xoraya çevrilir. Yeni törəmələr qeyri-düzgün və 
ya dairəvi, qırmızı, sarımtıl və ya adi dəri rəngli, 
palpasiya zamanı bərk konsistensiyalı formada 
olur. Törəmələr çox vaxt tək olur. Metastaz za-
manı böyümüş regionar limfotik düyünlər aşkar edilir.
Aşağı dodağın yastıhüceyrəli xərçəngi leykoplakiya və ya aktinik xeylit fonunda in-
kişaf edir. 
Patomorfoloji – keratinocitlərin anaplaziya əlamətləri, törəmənin dərinliyində və ya 
səthində buynuzlaşma sahələrin olmasıdır.
Aşağı differensiallı yastı hüceyrəli xərçəngin buynuzlaşmamış (şişəbənzər) tipi,
adətən, qırmızı rəngli, qeyri-düzgün formalı, asan zədələnən, ətli tez qanayan qranulya-
siyalı (vegetasiyalarla) papula və ya düyün şəklində olub, nekrotik dibli, yumşaq, qa-
nayan kənarları ətli və qartmaqlı eroziya və ya xoraya çevrilir (gül kələmini xatırladır).
Xarici cinsiyyət orqanları nahiyəsində şiş Keyr eritroplaziyasından inkişaf edir, bə-
dəndə və üzdə isə Bouen xəstəliyindən transformasiya edir.Regionar limfa düyünlərdə 
metastazlaşma, yüksək differensiallı yastı hüceyrəli xərçəngə nisbətən daha çox təsadüf 
edilir. 
Patomorfoloji - çoxlu mitozlarla anaplastik yastı hüceyrəli xərçəng ,aşağı dərəcəli 
hüceyrə differensiasiyası, buynuzlaşmanın olmamasıdır. 
Müalicə
Cərrahi yolla; əməliyyatın həcmi intraoperasion mikroskopiya vasitəsilə müəyyən 
edilir.
Şüa terapiyası yaşlılarda və selikli qişaların zədələnməsi zamanı tətbiq edilir. 
Xərçəng in situ zamanı kriodestruksiya, 5%-li ftorurasil məlhəmindən istifadə edil-
məsi mümkündür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin