Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə284/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   280   281   282   283   284   285   286   287   ...   446
DERMATOLOGİYA-dərslik 1

MELANOMA
Son illər melanoma ilə xəstələnmə nəzərə çarpacaq dərəcədə artmışdır. ABŞ-da ağ 
irqə mənsub şəxslərin həyatında melanomanın əmələ gəlmə riski 1:80 (1,25%) təşkil 
edir. İrsi meyllilik, xarici konserogen faktorlar böyük rol oynayır.
Şək.31.2.Bazaliomanın üzdə tipik
lokalizasiyası


401
Risk faktorları
Melanomanın inkişafının əsas risk faktoru aşağıda göstərilmiş beş əlamətdən üçünün 
olduğu displastik nevusun olmasıdır: 
1.Diametri 5 mm-dən çox , qeyri-düzgün sərhədli, asimmetrik, qeyri-bərabər rəng, 
eritema.
2. Xüsusən ailə anamnezi ilə yüklənmiş şəxslərdə displastik nevus sindromu. Bu 
sindrom zamanı melanoma riski 100%-ə çatır.
3. Nəhəng anadangəlmə nevohüceyrəli nevus.
4. Anamnezdə həddən artıq insolyasiya.
5. açiq rəngli dəri, sarışın saçlar, çillər, çoxlu miqdarda piqment nevusları.
Diaqnoz
Melanomada 4 əsas əlamət ayırd edilir: 1) qeyri-düzgün sərhədlər, 2) əsas rənglərdən 
(qara və qəhvəyi) başqa digər çalarların (qırmızı, mavi, ağ) meydana gəlməsi, 3) asim-
metriya, 4) 6mm-dən çox diametrin olması. Əlavə məlumatı epilüminessent mikrosko-
piya verir. Onun köməyi ilə melanoma nahiyəsində “psevdopodilər”, “şüalar” və “qara 
ləkələr” aşkar edilir. Melanoma əvvəlcə epidermis və dermanın üst təbəqəsi arasında 
böyüyür, sonra dermanın dərin qatına (şaquli böyümə fazası) invaziya edir.
Klinik formalar
Melanomanın 4 əsas forması ayırd edilir. Ən çox təsadüf edilən səthi yayılan mela-
nomadır (bütün halların 70%-ə qədəri). Melanomanın bu forması in situ melanomadan 
inkişaf edir və radial böyümənin uzunmüddətli fazasına malikdir. 
Lentiqo-melanoma, adətən, yaşlı şəxslərdə 
bədənin açıq qalan nahiyələrində olur və bədxas-
səli lentiqo ona səbəb olur.
Akral lentiginoz melanoma ovuc və ayaq al-
tını zədələyir (bütün halların 8%-i ağ irqdən olan 
şəxslərdir).
Düyünlü melanoma zamanı radial böyümə 
fazası minimaldır, şiş dermaya doğru böyüyür 
və metastaz verir. Bu formada proqnoz çox arzu 
edilməzdir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin