KERATOAKANTOMA VƏ DƏRI BUYNUZU Keratoakantoma (Keratoacanthoma) tez inkişaf edən və spontan reqressiyalaşan epi-
dermal xoşxassəli şişdir. Nadir hallarda bədxassəli gedişə malik ola bilər. Dəridən başqa
keratoakantoma dodaqlarda və dildə lokalizasiya ola bilər.
Keratoakantomanın diaqnostikası onun tipik şəklinə və tez inkişafına əsaslanır. Zi-
yilli xərçəngönündən, dərinin buynuzundan, papilomadan, adi ziyillərdən fərqli keratoa-
kantomada noxud və daha böyük ölçüdə düyüncük əmələ gələrək, mərkəzində xarakte-
rik qıfvari basıqlıq yaranır və üzəri asanlıqla qopan buynuz kütlə ilə dolur.
Keratoakantomanı xərçəngin ekzofit növü ilə differensiasiya etmək xeyli çətindir.
Nəzərə almaq lazımdır ki, xərçəng şişi nisbətən dərin yerləşərək, daha bərk konsisten-
siyaya malikdir. Xərçəngdə buynuz əlavələri qopardıldıqda qanaxma müşahidə olunur.
Dərinin buynuzu (cornu cutaneum) xüsusən alt dodağın qırmızı haşiyəsində yarana-
raq, buynuz kütlələrinin bir-birilə möhkəm yapışması nəticəsində özünü göstərir. Xər-
çəngönünün başqa növləri kimi çox vaxt əsasən 60 yaşdan yuxarı kişilərdə müşahidə
olunur. Dərinin buynuzunun əsasında epiteli qeyri-bərabər akantoz müxtəlif dərəcəli
atipiya vəziyyətindədir. Əksər hallarda bir dəri buynuzu əmələ gəlir. Xəstəlik əsasən
leykoplakiyanın, qırmızı və vərəm qurdeşənəyinin fonunda əmələ gəlir.
Dərinin buynuzunun bədxassələşməsi hər an mümkündür. Əgər dəri buynuzunun əsa-
sında sərtləşmə əmələ gələrsə və qabıqlanmanın birdən sürətlə intensivləşməsi müşahidə
olunarsa, onda bədxassəli transformasiyadan şübhələnmək lazımdır. Tam bədxassələşmə
məsələsini ancaq histoloji müayinə vasitəsilə həll etmək olar.
396
Keratoakantomanın və dəri buynuzunun müalicəsi ancaq cərrahi müdaxilə vasitəsilə
sağlam toxuma daxilində onların götürülməsindən ibarətdir.