DODAĞIN XRONİKİ ÇATI Dodağın xroniki çatı bütün yaş qruplarında və hər iki cinsin nümayəndələrində təsa-
düf olunur.
Klinikası. Dodağın xroniki çatı qırmızı haşiyədə köndələninə tək çox və ya az dərin
ağrılı linear (xətvari) çat əmələ gələrək yerləşir. Bir çox xəstələrdə çat aşağı dodağın
qırmızı haşiyəsinin mərkəzi hissəsində bəzən mərkəzdən yanda əmələ gəlir. Çat qırmızı
haşiyədən dodağın selikli qişasına qədər davam edərək heç vaxt dəriyə yayılmır. Hərdən
çat çəhrayı qartmaqla örtülərək ətrafında azca reaksiya müşahidə olunur.
Gecə ərzində ağ dərin çat epitelləşir, səhər isə dodağın hərəkəti nəticəsində səthi
açılır və azca qanaxma ilə müşahidə olunur. Qeyri-rasional müalicədə çat uzun müd-
dət, illərlə qalaraq bəzi xəstələrdə müvəqqəti sağalma ilə müşahidə oluna bilər. Qismən
uzunmüddətli çatın kənarları sərtləşərək bozumtul-ağ rəngdə qabıqlanma verir. Patohis-
tologiyasında xroniki iltihab müəyyən edilir ki, o da epitelinin regenerativ, hiperplastik
və bəzən metaplastik artımları ilə müşahidə olunur.
Etiologiya və patogenezi. Əsaslı surətdə öyrənilməmişdir. Dodaqların quruluşunun
individual anatomik xüsusiyyətləri və xroniki travmatik faktorun rolu xüsusi əhəmiy-
yət kəsb edir. Müxtəlif meteoroloji faktorlar dodaqların qırmızı haşiyəsinin quruluğunu
əmələ gətirərək, toxumaların elastikliyinin itməsinə və çatın inkişafına səbəb ola bilər.
Dodaqların xroniki çatının patogenezində A və B qrupu hipovitaminozunun əhəmiyyəti
böyükdür. Külli miqdarda mikrob florası çatın davamlılığını artıraraq, sağalmasına ma-
neçilik törədir.
Dodağın xroniki çatının diaqnostikası çətinlik törətmir.
Proqnozu. Dodağın xroniki çatı xöşxassəlidir, ancaq uzun müddət davam etdikdə,
elementin kənarlarının bədxassəli transformasiya verməsi mümkündür.
Müalicəsi. Dodağın xroniki çatında ilk olaraq xəstəliyin səbəbini aydınlaşdırmaq la-
zımdır. Tərkibində antibiotik olan məlhəmlərdən (dibiometin məlhəmi), kortikosteroid-
lərdən (dermazolon, lorinden C), epitelləşdirici maddələrdən (itburnu yağı, çaytikanı otu
yağı və s.) istifadə olunur. Uzun müddət (1-1,5 ay) ərzində A vitamini konsentratı və B
qrupu, əsasən B2, B6 və PP qəbulu yaxşı effekt verir. Konservativ müalicədə nəticə əldə
edilmədikdə, çata sağlam toxuma daxilində cərrahi müdaxilə etmək lazımdır.