Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


XƏRÇƏNGÖNÜ XƏSTƏLİKLƏRİN PROFİLAKTİKASI



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə282/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   278   279   280   281   282   283   284   285   ...   446
DERMATOLOGİYA-dərslik 1

XƏRÇƏNGÖNÜ XƏSTƏLİKLƏRİN PROFİLAKTİKASI
Ağız boşluğunun selikli qişasının və dodaqların qırmızı haşiyəsinin xərçəngönü 
xəstəliklərinin profilaktikasında ilk növbədə aparılan tədbirlərdən –orqanizmin qocal-
ması ilə mübarizə, mənfi meteoroloji faktorlardan, əsasən
insolyasiyadan qorunma, dental patoloji travmanın qabıqlanması, ağız boşluğunda 
müxtəlif metal əlavələri nəticəsində qalvanik tokun təsirinin azaldılması, qlandulyar 
xeylitin radikal müalicəsi, sadə qovuqcuqlu dəmrovun müalicəsi və onun residivlərinin 
qarşısının alınması, dodaqların xroniki çatının və başqa xroniki iltihabi proseslərin müa-
licəsi, ağız boşluğunun sistematik sanasiyası, profilaktik baxışlar və individual sanitar 
– işıqlandırıcı işlərin aparılması lazımdır.


397
Dodaqları xərçəngönü xəstələr, ilk növbədə onun obliqat növləri dermatoloqun, sto-
matoloqun və onkoloqun dispanser müşahidəsində olmalıdırlar.
Azca xərçəngönü prosesin bədxassələşməyə meylliliyinə şübhə yarandıqda təcili cər-
rahi yolla zədələnmə ocağı sağlam toxuma nahiyəsinə qədər götürülür və histoloji müa-
yinə aparılır. Ancaq bundan sonra müalicənin taktikası planı tutulur.
EPİDERMİSİN BƏDXASSƏLİ ŞİŞLƏRİ
Epidermisin bədxassəli şişləri yayılma dərəcəsinə görə insamn bütün şiş xəstəlikləri 
arasmda aparıcı yerlərdən birini tutur. Onlardan çoxu bazalhüceyrəli və yastıhüceyrəli 
xərçəngin, az bir qismi bədxassəli melanomanın payına düşür.
BAZALHÜCEYRƏLİ XƏRÇƏNG (BAZALİOMA, BAZALHÜCEYRƏLİ EPİTE-
LİOMA) istənilən yaşda əmələ gələ bilər, lakin daha çox 60 yaşdan yuxarı pasiyentlərdə 
rast gəlinir.
Epidemiologiyası. Günəşin aktivliyi yüksək olan regionlarda ağdərili əhali arasında 
bazalioma dərinin bədxassəli proseslərinin 75%-ə qədərini təşkil edir. Təkcə ABŞ- da 
hər il 500000- dən çox insanda bazalioma aşkar edilir.
Etiologiya. Bazaliomanın yaranmasına dair müxtəlif hipotezalar məlumdur. Gene-
tik nəzəriyyə. Son illər molekulyar biologiya və embriologiyanın metodlarının köməyi 
sayəsində 9q22.3. xromosomunda nevoid bazal hüceyrəli sindromun geni tapılmışdır. 
Bazaliomalı xəstələrin bir qismində bu gendə mutasiyalar aşkar edilmişdir. Digər ge-
netik faktorlardan dərinin rəngi mühüm əhəmiyyət daşıyır. Bazalioma ilk növbədə açıq 
rəngli dərisi olan şəxslərdə əmələ gəlir.
Ultrabənövşəvi şüalanma, Müəyyən edilmişdir ki, yüksək insolyasiya bazal hücey-
rəli xərçəngin inkişafina təkan verə bilər. Təsadüfi deyildir ki, şiş elementlərinin çoxu 
bədənin açıq sahələrində əmələ gəlir. Ionlaşdırıcı radiasiva. Dozası 10 Qr-ə çatan şüa-
lanmamn bazal hüceyrəli xərçəngin inkişaf riskini artırması sübuta yetirilmişdir. Kanse-
rogen maddələr. Tərkibində arsenin qeyri-üzvi duzları olan qida maddələri və dərman-
lann uzunmüddətli qəbulu bazalioma və digər şişlərin inkişafma səbəb ola bilər. Dərinin 
xroniki xəstəlikləri. Bazalioma dərinin xroniki xəstəlikləri, uzun müddət sağalmayan 
yaralar fonunda inkişaf edə bilər. Eyni zamanda sadalanan faktorlar daha çox yastı hü-
ceyrəli xərçəngin əmələ gəlməsinə də səbəb ola bilirlər.
Müəlliflərin bir qismi hesab edirlər ki, bazaliomanın inkişafını epidermisin bazal qa-
tının hüceyrələrinin maliqnizasiyası şərtləndirir. Doğrudan da mikroskopik müayinə za-
manı şiş hüceyrələri kiçik ölçülü, dairəvi formalı, bazofil, bazal hüceyrələrə oxşar görü-
nür. Onlar adacıqlar, paycıqlar və atmalar şəklində epidermisdən dermaya nüfuz edirlər.
Klinik əlamətləri. Bazaliomalann əksəriyyəti üzdə yerləşir. Pasiyentlərin təxminən 
80%-də şiş ağız bucaqlarını qulaq seyvanı ilə birləşdirən xətdən yuxarıda yerləşir. Üzün 
aşağı hissəsində, başm tüklü hissəsində və gövdənin yuxarı nahiyəsində bazaliomalara 
nisbətən az rast gəlinir. Adətən bazalioma vizual olaraq sağlam dəridə əmələ gəlir və hər 
hansı subyektiv hissiyatla müşahidə olunmur. Bazaliomanın ilkin simptomları- “mirvari 
dənəsi”nə bənzəyən üzərində teleangiektaziyalar olan kiçik bərk papulyoz elementlərin 
əmələ gəlməsi ilə başlayır. Düyüncük üzdə, burunda yerləşərsə kiçik bir travma səthi 
eroziyaların əmələ gəlməsinə səbəb olur, onlar da azacıq qanaxma verir və qartmaqla 
örtülür. Bazaliomanın aşağıdakı növləri var:


398
Bazaliomanın şiş forması- bazalhüceyrəli xərçəngin ən çox yayılmış formasıdır. İlkin 
oiaraq kiçik düyüncük əmələ gəlir,o bir neçə ilə böyüyərək 2-3 sm ölçüyə çatır. Belə şiş 
gümüşü və ya mum rəngində olur, səthində teleangiektaziyalar, mərkəzində çökəklik və 
ya eroziya olur ki, bu eroziyalar da qartmaqla örtülmüş olur.
Bazaliomanın xoralı forması- birincili olaraq və ya bazalhücüyrəli xərçəngin digər 
formalarınm xoralaşması nəticəsində əmələ gələ bilər. Bu zaman xoranın kənarı o dərə-
cədə cırılmış olur ki, gəmirici dişlərindən yaranmış yaraya bənzəyir. Buna görə belə ya-
raya ulcus rodens- gəmirici xora deyilir. Belə xoralara burun-dodaq büküşündə, qırmızı 
dodaq haşiyəsinin orta hissəsində və qulaq seyvamnda təsadüf olunur.
Xora dərinliyə və periferiyaya dogru inkişaf edərsə yanaşı strukturları- yumşaq toxu-
maları,burun keçəcəyini, kəllə sümüklərini, sinirləri, iri damarlan, hətta baş beyni zə-
dələyə bilər. Bu zaman digər termin- ulcus terebrans- deşici xora işlənilir. Şişin ölçü-
sünün böyük olmasına və toxumaların xeyli dağılmasma baxmayaraq metastazlara çox 
nadir hallarda rast gəlinir.
Bazaliomamn piqment forması tünd rəngli dəriyə malik şəxslərə xarakterikdir. Ümu-
milikdə isə bazalhüceyrəli xərçəng bu tip dəriyə malik şəxslərdə nadir hallarda rast gə-
linir. Əvvəlcə şiş ləkə, tünd- boz, qara rəngli papula və ya düyün şəklində əmələ gəlir. 
Müayinə zamanı xarakter mirvari sərhədlər və teleangiektaziyalar aşkar edilir.
Bazaliomamn sklerodermayabənzər (fibroz) forması ən bədxassəli forma hesab olu-
nur, buna görə onun vaxtında diaqnostikası və intensiv müalicəsi zəruridir.
Klinik olaraq bazaliomanın bu forması atrofik çapıq və ya bərk konsistensiyalı, ağ-
rmtıl, üzərində teleangiektaziyalar olan lövhəcik şəklində təzahür edir. Çox zaman belə 
törəmələr burun, alın və yanaq nahiyələrində əmələ gəlir. Dəri səthindən qalxan forma-
sında şiş keloid çapığı xatırlada bilər. Buna görə travma nəticəsi olmayan istənilən atro-
fik və ya keloid çapıq qeyd edildiyi zaman bazaliomanın sklerodermayabənzər forması 
istisna olunmalıdır.
Bazaliomanın kistoz forması yumşaq elastik konsistensiyalı yarımşəffaf divarlı pa-
pula formasında olur. Çox zaman göz qapaqlan üzərində, bəzən burnun üstündə olur. 
Klinik olaraq onu hidrokistomadan ayırmaq çox çətin olur, belə ki sonuncu da enli əsasa, 
teleangiektaziyalara və göyümtül rəngə malik olur. Buna görə də göz qapaqlarında olan 
istənilən kista və digər iltihabi elementlər aşkarlanarkən dinamik müşahidə və zərurət 
olarsa histoloji müayinə aparılmalıdrr.
Bazaliomanın səthi (multisentrik, ekzematoid) forması digər formalardan bəzən o 
qədər fərqlənir ki, ona vaxtında diaqnoz qoyulmur. Tipik element kimi tədricən inkişaf 
edən qonur, qabıqlanan, sapvari kənarlı, diametri 3-5mm-dən 3-5 sm-ə qədər dəyişən 
ləkə hesab olunur. Onu bəzən ekzema və ya psoriazın təzahürləri ilə səhv salırlar. Oxşar 
klinik şəkil həmçinin Bouen xəstəliyində və Pedjet xəstəliyinin ekstramammar təzahür-
lərində müşahidə olunur. Bu forma ən çox üzdə, ətraflarda və gövdədə təsadüf olunur. 
Əksər hallarda elementlərin sayı çox olur. Daha çox səthi bazaliomaya əvvəllər PUVA- 
terapiya almış psoriazh xəstələrdə diaqnoz qoymaq çətinlik törədir. Bu zaman lupa va-
sitəsilə periferiya boyunca mirvari papulalar və nazik hipopiqmentasiya zolağı diaqnozu 
qoymağa kömək edir.
Bazaliomamn metatipik forması bazalhüceyrəli və yastıhüceyrəli xərçəng arasında 
aralıq mövqeyi tutur. Klinik olaraq əvvəlcə solitar düyün əmələ gəlir. Sonradan bu dü-


399
yün sürətlə xoralaşır. Şiş ətrafmda çox zaman hiperemiya zonası əmələ gəlir. Bazalio-
manın digər formalanndan fərqli olaraq metatipik forma 8 % hallarda regionar limfatik 
düyünlərə, dəriyə, ağciyəriərə, qaraciyərə metastaz verə bilər.
Müalicə
Şişlərin operativ götürülməsi. Əməliyyatdan sonrakı böyük qüsurlar zamanı dərinin 
transplantasiyası tələb olunur. 
Şişin təhlükəli lokalizasiyası zamanı (burun-dodaq üçbucağı, gözün daxili və xari-
ci bücaqları, qulaq seyvanı və eşitmə yolları, başın tüklü hissəsi, sklerodermayabənzər 
forma) kəsim intraoperasion mikroskopiya vasitəsilə aparılır (əməliyyatın həcmini təyin 
etmək üçün). Bəzi hallarda şüa terapiyası tətbiq edilir.
Bazaliomanın digər lokalizasiyası zamanı kriodestruksiya və elektrokoaqulyasiyala-
rın tətbiqi mümkündür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin