Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə289/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   285   286   287   288   289   290   291   292   ...   446
DERMATOLOGİYA-dərslik 1

Psevdotromboflebitik sindrom
Yüksək hərarət ilə müşahidə olunur. Aşağı ətrafların şişkinliyi və ağrılı olması, gər-
gin iltihablı ağrılı zoğlu şişləri, dərinin indurasiyası müəyyən olur. Dərin damarların 
tromboflebiti xarakterik deyil. Prosess 1-4 həftə davam edir.
Qidanın pozulması
Əksər hallarda uşaqlarda qeyd olunur. Pellaqra, enteropatik akrodermatit, tsinqanı 
xatırladır. Bəzi xəstələrdə dırnaq lövhəciklərinin azad kənarları sarı rəngə boyanır və 
barmaqların distal falanqaları “təbil çubuqları”nı xatırladır.


406
XXXIII. DƏRİ LİMFOMASI
Limfoproliferativ xəstəliklər
Dəri limfomaları – bu, neoplastik xəstəliklərin klinik və morfoloji müxtəlif cinsli qru-
pudur, əmələ gələn patoloji prosesin səbəbi dəridə birincili meydana çıxan limfositlərin 
bədxassəli proliferasiyasıdır. Proliferasiya olunan limfositlərin növündən, onların hansı 
populyasiya və subpopulyasiyaya aid olmasından asılı olaraq bədxassəli limfomaların 
heterogenliyi təyin olunub. Qeyri Hoçkin limfomaların bədxassəli proliferasiya dərəcəsi 
ilə T və B-hüceyrə qruplarına bölünməsi üçün immunfenotipləşdirmədən istifadəsinə 
əsaslanmışdır..
Limfomalı xəstələrdə dəridə fenotipə görə limfositlərin yayılması sağlam insanlarda-
kı kimidir: T-limfositlər daha çox epidermisdə və dermanın yuxarı qatlarında, B-limfosit-
lər isə dermanın orta və dərin qatlarında lokalizasiya olunur. Uyğun olaraq T-huceyrələri 
əsasən dermanın yuxarı qatlarında olur, B-limfoproliferativ proseslər isə dermanın dərin 
qatlarında baş verir və epidermotrop xarakter daşımır. Dərinin T-hüceyrəli limfomaları-
nın sayı B-limfomalarının sayını üstələyir. T-limfomalar dərinin bədxassəli limfomaları-
nın bütün variantlarının 65%-ni, B-limfomalar 25%-ni və təsnif olunmayan limfomalar 
10%-ni təşkil edir.
Epidemiologiya
Dərinin T-hüceyrəli limfomalarının (DTHL) nisbətən azlığı və ilk mərhələlərdə kli-
nik əlamətlərin digər geniş yayılmış dermatozlarla (ekzema, qırmızı yastı dəmrov, atopik 
dermatit, psoriaz və s.) oxşarlığı diaqnostikanı, xəstəliyin qeydə alınmasını çətinləşdirir, 
DTHL-in epidemiologiyasında müəyyən çətinliklər törədir. Hazırda ABŞ-da limfomala-
rın bütün növlərindən əziyyət çəkən xəstələrin 2%-i DTHL-na aiddirlər, bunlar da ildə 
100 000 əhalinin 0,3-də rast gəlinir. DTHL daha çox yaşlı insanlarda qeydə alınır, amma 
uşaqların da xəstələndiyi nadir hallar qeyd edilir. Kişilər qadınlardan 2 dəfə çox xəstələ-
nir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin