405
PATOGENEZİ AYDIN OLMAYAN DERMATOZLAR
Seboreyalı dermatit
Əvvəl prosess ən çox üzdə (qaşda, ağız ətrafı, burun-yanaq büküsləri) başın tüklü
hissəsi və yuxarı ətrafların açıcı səthində lokalizə olunur. Bəzən üzdə kəpənək fornasını
alır və diskoid qırmızı qurdeşənəyi xatırladır. Başın tüklü hissəsində çoxlu qabıqlanma
xarakterikdir. Ətraflarda numulyar seboreidi xatırladır. İri
büküşlərin zədələnməsi ilə
müşahidə olunan yayılmış, güclü qaşınan, birləşmiş eritematoz follikulyar lövhəciklərin
xarakterini ala bilər.
Teleangiektaziyalar
Adətən sinədə (əksər hallarda körpücük sümüyün üstündə) nadir hallarda – qulaq
seyvanında, ovuc və ayaq altında lokalizasiya olur.Solğun diffuz eritema fonunda inkişaf
edir. Əksər hallarda narkomanlarda (amil və butilnitritlərə reaksiya) rast gəlinir.
Kseroderma ( quru dəri)
Xroniki diareya və malabsorbsiya sindromundan əziyyət çəkən QİÇS-li xəstələrdə
əmələ gəlir. Ən çox üzü və baldırları zədələyən ixtiozu xatırladır.
Allerqodermatozlar
Allergik reaksiyalara meyillik xarakterikdir. Əksər hallarda atopik dermatitin əmələ
gəlməsi prodromal dövrə təsadüf edir. Tez-tez medikamentoz toksikodermiya əmələ gə-
lir.
Psoriaz
Ağır formaları İÇV infeksiyasının birinci simptomları ola bilər. Ovuc və ayaqaltının
generalizə olunmuş pustulyoz və eritrodermik formalar xarakterikdir.
Dostları ilə paylaş: