413
XXXIV. KAPOŞİ SARKOMASI
1981-ci ilə qədər Kapoşi sarkoması çox nadir damar şişlərindən sayılaraq,
əsasən
tipik olaraq yaşlı kişilərdə aşağı ətrafların dərisində inkişaf etməyə başlayır. Belə spo-
radik, bəzi yerlərdə isə endemik olaraq meydana, çıxan şişlər klassik Kapoşi sarkoması
adı altında birləşdirilir. Xəstəlik yaşlı dövrdə başladığmdan
və şiş tədricən proqressiv-
ləşdiyindən pasiyentin həyat fəaliyyətinə və davam etmə müddətinə çox cüzi təsir edir.
Bundan başqa, Kapoşi sarkoması massiv, bir çox hallarda isə yatrogen immunsupres-
siya zamanı da ayırd olunur (məs. transplantasiya ilə assosiasiya olunmuş Kapoşi sar-
koması), onun dəri və ya limfatik forması həmçinin Mərkəzi Afrikada
endemik olaraq
rast gəlinir (Afrika endemik Kapoşi sarkoması).
Kapoşi sarkomasmm dərini, selikli qişaları, limfa düyünlərini və daxili orqanları
dissiminə olunmuş formada zədələyən ağır, sürətli proqressivləşən variantı, 80-ci il-
lərin əvvələrindən başlayaraq İİV infeksiyası ilə infeksiyalaşmış gənc kişilərdə -ho-
moseksualistlərdə rast gəlir. Bu epidemik İİV assosiasiyalı Kapoşi sarkoması
birbaşa
hüceyrə immunitetindən asılıdır və bədxassəli hesab olunur. Güman olunur ki, angioge-
netik faktorların təsirindən damar sisteminin istənilən yerində yeni şişlər yarana bilər.
Sözün həqiqi mənasmda metastazvermə baş verir.
Hüceyrə immundefısiti ilə yanaşı şişin meydana çıxmasında
böyük ehtimalla in-
feksion ötürücü agent rol oynayır. Törədici rolunda 1994-cü ildə kəşf olunmuş herpes
virusu (insanın herpes virusu 8 və ya Kapoşi sarkomasınm herpes virusu - KSHV),
həmçinin İİV - 1 virusunun tat-proteini çıxış edir.
Klinik şəkli
Hazırda Kapoşi sarkomasının bir-birindən klİnik şəklin xüsusiyyətlərinə,
gedişinə,
epidemiologiyasına, proqnozuna görə fərqlənən 4 forması ayırd olunur (klassik idiopa-
tik, endemik afrikan, İİV assosiasiyalı
epidemik, yatrogen immunsupressiv)
Dostları ilə paylaş: