Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə295/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   291   292   293   294   295   296   297   298   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə. 
DTHL - ilkin mərhələlərdə ləkə, lövhəcik, səpgi ilə müşahidə olunur, xoşagələn proq-
noza malikdir. 5 ilə qədər xəstələrin 67-90%-ində sağ qalma ehtimalı var. Şiş elementləri 
mərhələsində Sezari sindromu qoyulduqda proqnoz əhəmiyyətli dərəcədə pisləşir. 5 il 
ərzində xəstələrin olanların sağ qalma ehtimalı 30-35 %-ə qədər enir. Orta yaşam müd-
dəti 3 ilə qədərdir.
DTHL-in patogenetik inkişaf faktorlarını nəzərə alaraq, tədqiqatçıların böyük hissəsi 
xəstəliyin ilkin mərhələsində terapiya üçün immundepressiv xassələri olmayan, yumşaq 


411
şiş hüceyrələri əleyhinə metod və preparatlardan istifadə edilməsini üstün tuturlar. 1989-
cu ildə ABŞ milli xərçəng universitetində aparılan 2 böyük araşdıma nəticəsində məlum 
oldu ki, DTHL-in ilkin mərhələlərində xəstələrin kimya və elektron şüa terapiyası çox 
yüksək nəticələr verir, lakin öz toksiki təsirinin kimya ilə müqayisəsində remissiyala-
rın dövrünü uzatmır. Bu nəticələrə əsasən müəyyən olundu ki, kimyəvi terapiya yalnız 
müvəqqəti rol oynayır və onun qəbulu DTHL-in gecikmiş mərhələlərində məqsədə uy-
ğundur. DTHL-in ilkin mərhələlərində IA və IB müalicə azot ipritlərindən hazırlanmış 
preparatlarla - kortikosteroidlərlə, fotokimyəvi terapiya ilə, elektron – şüa terapiyası ilə, 
interleykinlərlə, aromatik retinoidlərlə aparılır. Avropada aparılan tədqiqatlarla azotlu 
ipritin birləşmələrinin tətbiqi: erazol və mexloretam – bunlar ləkəli və lövhəli səpgilərdə 
70% hallarda müsbət nəticə verir. Bu preparatların təsir mexanizmi T-helper limfositlə-
rinin proliferativ aktivliyinin qarşısının alınmasına əsaslanır, preparat aplikasiya forma-
sında zədələnmə ocaqlarına həftədə 3-4 dəfə istifadə olunur. Hər kurs – 20 aplikasiyadan 
ibarət olur.
PUVA-terapiya - ultrabənövşəyi şüalarla və fotosensibilizator – psorenlə aparılır, 
terapiya xəstəliyin ilkin mərhələlərində effektiv nəticə verir. Klinik remisiya xəstələrin 
76-90%-də əldə edilir.
Metodu. Xəstələr şüalanmaya 2 saat qalmış peroral yolla 8-metoksipsoralen qəbul 
edir (0,6 mq/kq dozada). Bu vaxt ərzində preparat maksimal dərəcədə dəriyə hopur. 
Şüalanma dərinin tipindən asılı olaraq 0,25-1 Dj/sm dozada aparılır və hər 2-3 prose-
durdan bir 0,5 Dj artırılır. PUVA terapiyasının effekti xəstəliyin şiş mərhələsində dərin 
proliferasiyaya görə aşağı enir. Bu halda aşağıda verilmiş üsullardan istifadə olunur: PU-
VA+sitostatiklər (prospidin), PUVA+interferon, PUVA+retinoid (Re-PUVA-terapiya).
1980-ci ildən DTHL-in terapiyasında interferondan istifadə olunur. α,β, γ interferon-
dan çox uğurlu istifadə olunur. Bu sitokinlər hüceyrənin differensiasiyasında əsas rol 
oynayır. Yüksək (50 MU/m2), həm də kiçik dozalı (3MU/m2) sitokinlərdən həftədə 3 
dəfə istifadə olunur. İnterferonlarla monoterapiya zamanı remissiya müddəti 5-10 həftə 
təşkil edir. Hazırda α-interferonlardan – roferon, reaferon (alfa 2-α interferon) və intron 
A (alfa 2β interferon); γ-feron istifadə olunur. İnterferonların digər metodlarla birlikdə 
aparılması daha güclü müalicəvi effekt verir (interferon+PUVA, interferon+sitostatiklər, 
interferon+aromatik retinoidlər).
Elektron-şüa terapiyası 2 üsulla aparılır: lokal və total. Bu metodlar 6-10 MeV güc-
də olan betatron ilə aparılır. Xəstələrin şüalanması həftədə 1-4 dəfə, 1-6 Qrey dozada 
aparılır. Kurs dozası 30-40 Qrey dozada təşkil edir. Şüa terapiyasının əlavə təsirləri der-
matiti, dərinin atrofiyasını və quruluğunu törədir. DTHL-in yeni terapiya metodlarından 
biri olan fotoferez (ekstrakorporal fotokimyaterapiya) peroral yolla aparılaraq, psora-
len ilə birlikdə (8-metoksipsoralen, ekstrakorporal) ultrabənövşəyi şüaların köməkliyi 
ilə xəstələrin periferik qanının şüalanmasına əsaslanır. Fotoferezin mexanizmi xəstənin 
orqanizmində zədələnmiş T-limfositlərə qarşı güclü immun cavabın yaranmasına əsasla-
nır, bir növ şiş limfositlərinə qarşı vaksinasiya kimi aparılır. Psoralen maliqnizirə edilmiş 
hüceyrələrə qarşı daha tropdur. Fotokimyəvi reaksiyalar nəticəsində onların yaşama qa-
biliyyəti itir, tələf olurlar, lakin buna baxmayaraq şiş hüceyrələrinin markerləri saxlanı-
lır. Fotoferezi tətbiq etmək üçün göstəricilər belə olmalıdır: CD4 və CD8 ümumi limfo-
sitlərin ən azı 15%-ni təşkil etməlidir, leykositlərin sayı 15 000-dən az olmamalıdır, zəif 


412
dərəcəli limfadenopatiya, visseral zədələnmələrin olmaması, CD16-nın normal miqdarı. 
Xəstəliyin davametmə müddəti ən azı 2 ildir. Fotoferez 4-6 ay ərzində, ayda 2 dəfə 
aparılır. 8-metoksipsoralenin qandakı optimal dərəcəsi 100-200 mkq/ml-dir. Xəstələrin 
15-25%-ində bu müalicə klinik effekt verir. Remissiya dövrü 6 aydan 2 ilə qədər uzanır.
Retinoidlər A vitaminini və onun törəmələri (retinal, retinol, retinol turşusu), həmçi-
nin aromatik analoqları (arotinoid, 13 sis-retinol turşusu – izotretinoin, etretinat), əsasən 
də aromatik retinoidlər hüceyrələrin differensiasiyanı zəiflətməklə proliferatı ingibasi-
ya edirlər. Izotretinoin və etretini DTHL-li xəstələr 0,5-1mq/kq çəkiyə qəbul edirlər. 
Remissiyanın orta davametmə müddəti 3 aydan 13 aya qədərdir. Aromatik retinoidlər 
xəstəliyin ilkin mərhələlərində, əsasən əl-ayaq hiperkeratozu olan xəstələrdə daha ef-
fektlidir. Daha məqsədə uyğun terapevtik effekt verən üsullardan biri də aromatik reti-
noidin PUVA-terapiya ilə birlikdə işlədilməsidir. Monokimyəvi terapiya müxtəlif sitos-
tatiklərin istifadəsini məsləhət görür: alkil preparatlar (tsiklofosfan, embixin, prospidin, 
spirobromin və s.); vinkaalkaloidlər (vinkristin, vinblastin, etoposid); antimetabolitlər 
(metotreksat); şişəleyhinə antibiotiklər (adriamisin, bruneomisin və s.); platin törəmələri 
(sisplatin); kortikosteroid preparatlar (prednizolon və s.). DTHL-in gecikmiş mərhələlə-
rində polikimyəvi terapiya aparılır. Şişəleyhinə preparatların eyni zamanda müxtəlif 
mexanizmlə işlədilməsi onunla əlaqədardır ki, hər bir sitostatik huceyrə şiş hüceyrəsin-
də G, M, S fazalarında DNT-nin sintezini inhibə edə bilər və bunun nəticəsində də şiş 
proliferasiyasının sürətinin azalmasına səbəb olur. Bu məqsədlə müxtəlif polikimyəvi 
terapevtik sxemlər təklif edilib, lakin bunlardan yalnız bir neçəsi istifadə olunur: əzələ 
daxilinə 100 mq prospidin, kurs üçün 3-4 q; 4 həftə ərzində, həftədə bir dəfə venadaxili 
1 mq vinkristin və 3 həftə müddətində gün ərzində 20-30 mq dozada, dozanın gündə 2,5 
mq azaldılması şərti ilə prednizolon. İkinci metodikada 600 mq siklofosfan əzələ daxi-
linə həftədə 1 dəfə, vinkristin 1 mq vena daxilinə həftədə 1 dəfə və prednizolon həftəyə 
20-30 mq 2-3 həftə və sonradan dozanı azaltmaq şərtilə. İki kurs effektiv olarsa, bu kurs 
müalicə 3-4 dəfə, 4-5 dəfə fasilələrlə yenidən aparılır. Bu kurslar effektiv olmadıqda isə 
digər müalicə üsullarından istifadə olunur, məsələn: siklofosfan, adriablastin, vinkristin 
və prednizolon və ya bleomisin, adriamisin və metotreksat, və ya siklofosfan, adriami-
sin, vinkristin və etoposid və başqaları.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin