Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə303/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dispanser müşahidəsi
Ahıl yaşlı şəxslərin klassik Kapoşi sarko-
ması nadir hallarda rast gəlindiyindən, requlyar 
dispanser nəzarətin xeyri haqqında etbarlı məlu-
matlar hələ ki, yoxdur. Şişin yavaş proqressiyası 
6 aylıq intervalla klinik kontrolun apanlmasını 
məqsədəuyğun hesab etməyə imkan verir.
İİV - assosiasiyalı epidemik Kapoşi sarko-
ması zamanı dispanser kontrolun intervalı əsas 
İİV xəstəliyinin gedişinə və onu müşaiyət edən 
opportunistik infeksiyalara görə təyin olunur. 
Ayrı-ayrı hallarda, hətta hüceyrə immun sistemin 
(CD 4 > 400 ml) qalıq funksiyalarının hələlik 
yaxşı saxlanılması zamanı da şişin sürətli proq-
ressiyasını və digər orqanların prosesə cəlb olun-
masını nəzərə almaq lazımdır. Klinik yayılma 
dərəcəsinin hər 3 aydan bir (dəri, selikli qişalar, 
limfatik düyünlər) kontrolu, həmçinin hər 6-12 
Şək.34.1. Kapoşi sarkomasında səp-
gilərin tipik lokalizasiyası


419
aydan bir ağ ciyərlərin (döş qəfəsinin rentgenoskopiyası) və mədə-bağırsaq, traktının 
(ehtiyac olduqda sonoqrafiya, endoskopiya) kontrolu məsləhət görülür.
Yatrogen immundefısitli Kapoşi sarkoması, həmçinin afrikan və İİV - assosiasiyalı 
Kapoşi sarkoması üçün çox ciddi dispanser kontrolun aparılmasının onların sağalma 
dərəcəsinin yüksəlməsinə kömək etməsi haqqında etibarlı məlumatlar hələ ki, yoxdur.


420
XXXV. GENODERMATOZLAR 
İxtiozlar
Bullyoz epidermoliz
Keratodermiyalar
İXTİOZLAR
İxtiozlar irsi xəstəliklərin heterogen qrupunu təmsil edərək dərinin həddən artıq qa-
bıqverməsi ilə səciyyələnir. «İxtioz» termini yunanca «ixti» sözündən götürülmüş və 
«balıq» mənasını verir. Daha çox ixtiozların irsi formaları rast gəlir, lakin digər xəstə-
liklərlə yanaşı bu vəziyyətin ikincili baş verməsi də istisna edilmir. İxtiozların çoxlu for-
maları və bir sıra nadir sindromları vardır ki, ixtioz da buraya daxil olan simptomlardan 
biridir. Biz yalnız daha çox rast gələn 4 əsas formanı nəzərdən keçirəcəyik: adi ixtioz, 
X-birləşmiş ixtioz, lamellyar ixtioz, epidermolitik ixtioz (cədvəl 1).
ADİ İXTİOZ
Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris.
Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciy-
yəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələ-
rin əksəriyyəti allergik xəstəliklərə meyllidirlər.
Patogenez
Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələ-
rin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin 
buynuz qatının qalınlaşmasına gətirib çıxarır. Keratinositlərin proliferasiyası pozulma-
mışdır. Xəstəlik 3-12 aylığında başlayır. Kişilər və qadınlar eyni dərəcədə xəstələnirlər. 
İrsiyyət tipi – autosom-dominantdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin