415
patologiyalarında, qırmızı qurdeşənəyi,
gicgah arteriit, bulyoz pemfıqoid, dermato-
miozit, polimiozit səbəbindən aparılan qlükokkortikoid terapiya fonunda rast gəlinir.
İmmunosupressiv terapiyanın kəsilməsi və ya azaldılması bir sıra xəstələrdə Kapoşi sa-
romasımn spontan remissiyasına və ya yeni səpgilərin əmələ gəlməsinə gətirib çıxarır.
Yatrogen Kapoşi sarkoması çox vaxt dəridə lokalizasiya olunur, lakin selikli qişaların
və daxili orqanların zədələnməsi də baş verə bilər.
Diaqnoz
Kapoşi sarkoması dəri şəkli xətti boyunca
yerləşmiş göyümtül çalar, ocaq ətrafının
sarımtıl-yaşılı-bənövşəyi rəngli olması (qansızma, ödemlər, disseminasiya çox vaxt
selikli qişalrm cəlb olunması ilə) kimi bir sıra klinik əlamtlərə malikdir ki, bu da artıq
klinik diaqnozun qoyulmasına imkan verir. Bu, xüsusilə o pasiyentlərə aiddir ki,
onlar
da artıq İİV infeksiyasının və ya immundefisitin digər formasmm olması məlumdur və
ya Mundsoor, ulserasiya edən genital-anal herpes və s. kimi xəstəliklərin klinik əlamət-
ləri vardır. Tək 1 şişin olması
və ya digər şübhəli hallarda, həmçinin şişin ölçüsündən
asılı olaraq xəstəliyin mərhələsinin müalicəyə tədqiqi çərçivəsində diaqnozun histoloji
təsdiqlənməsi üçün ekssizion və insizion biopsiya həyata keçirilir.
Yayılma dərəcəsinin diaqnostikası üçün pasiyentə ətraflı baxış (eyni zamanda selikli
qişalara), limfa düyünlərinin sonoqrafık statisi, qastrodudeno və rektoskopiya, həm-
çinin döş qəfəsinin rentgenoloji müayinəsi və abdominal sonoqrafıya vacibdir. Lazım
gələrsə, döş qəfəsinin və qarın boşluğunun kompyuter tomoqrafıyası aparılır.
Şişin
seroloji markeri olmur, lakin İİV ilə infeksiyalaşmış şəxslərdə şiş törəməsində
qanda PZR-Kapoşi sarkomasının herpesvirusunun təsdiqi (insanın herpes virusu 8-ə
uyğun gəlir) Kapoşi sarkomasına təkan verir və ya onunla paralel meydana çxır.
Kapoşi sarkomasının diaqnozu rutin histoloji metodun köməyilə qoyulur. Bununla
ləkəli, lövhəcikli, nodulyar formalar və iyhüceyrəli və ya
angiomatoz variantlar müəy-
yən olunur. Şiş əvvəlcə orta qatda epidermisdə dəyişiklik olmadan inkişaf edir. Burada
normal damarlarda və artımlarda yeni eritrositlərin ocaqlı ekstravazatı, hemosiderin
toplantısı və limfositar iltihablı infıltratlı yarıqvari nazik divarlı damarlar əmələ gəlir.
Digər damar şişləri ilə differensial diaqnozun aparılması tələb olunur: teleangiekta-
tik qranulema, qranulyasion toxumanın iltihabı.
Mali akroangiodermatiti, Stevvart-Blu-
efarb sindromu və basilyar angiomatozla.
Dostları ilə paylaş: