Operativ müalicə Kapoşi sarkoması multimolekulyar sistem xəstəlik olduğundan, operativ müalicə di-
aqnozun qoyulması üçün ilkin ekssizion biopsiyaya və kosmetik cəhətdən narahatlıq ya-
radan kiçik şişlərin palliativ götürülməsi ilə məhdudlaşır. Metastazın olmaması və sürətli
disseminasiya yuxarıda adı çəkilən istənilən digər operativ müdaxiləni qeyri məqsədə
uyğun edir. Şiş klinik olaraq görünməsə də, ətraf toxumaları geniş zəbt etdiyindən, in
loco residivləri ola bilər. Lokal travmatizasiyadan sonra (əməliyyat, zədələnmə) yeni
şişlərin yaranma ehtimalı olduğundan Kebner fenomeninin özü də operativ tədbirlərə
münasibətdə ehtiyatlı olmağı tələb edir.
Şüa terapiyası Kapoşi sarkoması şüa terapiyasma qarşı çox həssas şişlərdəndir. Klassik Kapoşi sar-
koması və yatrogen immunsupressiyalı Kapoşi sarkoması üçün reqresiyya dərəcəsi 80-
90% -dir. İİV assosiasiyalı Kapoşi sarkoması da kiçik dozada şüalanma ilə müvəfəqiyyət-
lə müalicə olunur. Şəthi ləkəli və lövhəcik şəkilli Kapoşi sarkomasını Orthvolt-terapiya
(yumşaq şüalanma metodu) və ya yüksək enerjili elektronlarla müalicə etmək lazımdır.
Ümumi doza fraksiyalara bölünməklə 20-30 Gy təşkil etməlidir (həftədə 3 dəfə).
Kimyəvi terapiya Sistem kimyəvi terapiya klassik Kapoşi sarkoması hallarında onun az aqressivli ge-
dişi və ahıl yaşlı pasiyentlərdə orqanların gec manifestasiyası ilə əlaqədar olaraq yalnız
tək-tək hallarda, visseral zədələnmələr olduqda istifadə olunur. İlk planda lokal tədbirlər
irəli sürülür. Endemik Kapoşi sarkomasının (İİV assosiasiyalı) müalicəsində vinkaalka-
loidlərlə mono- və ya kombinasiyalı terapevtik sxem işlədilir. Yatrogen immunsupres-
siyalı pasiyentlərdə Kapoşi sarkoması immunsupressiv terapiyanın kəsilməsindən sonra
reqressiya oluna bilir. Orqanlar prosesə cəlb olunmadan zəif proqressivləşən şişlər klas-
sik Kapoşi sarkomalı pasiyentlərdə müalicə olunur.
Epidemik İİV assosiasiyalı Kapoşi sarkomasınm ömür uzadan müalicəsi hələ ki, yox-
dur. Belə pasiyentlərdə kimyəvi terapiya ilə əlaqədar sümük iliyinin supresiyası və bu-
nun nəticəsi kimi əlavə immun supressiya risk faktoru sayılır: kimyəvi terapiya zamanı
həyatı təhlükəyə atan opportunistik infeksiyalar müalicə olunmayan Kapoşi sarkoma-
sındakı nisbətdə 2 dəfə çox rast gəlinir. Pasiyentin həyat keyfıyyətini mümkün oldugu
qədər uzatmaq üçün İİV assosiasiyalı Kapoşi sarkoması zamanı kimyəvi terapiya yalnız
sürətlə proqressivləşən şişlər və ya daxili orqanlar prosesə cəlb olunduqda aparıhr.