Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Proqnoz və mərhələnin klassifikasiyası



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə300/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   296   297   298   299   300   301   302   303   ...   446
DERMATOLOGİYA-dərslik 1

Proqnoz və mərhələnin klassifikasiyası
Proqnozda klassik, afrikan, yatrogen immunsupressiya ilə assosiasiya olunmuş və 
İİV assosiasiyah Kapoşi sarkoması arasında fərq nəzərə alınmalıdır.
Klassik Kapoşi sarkoması daha az bədxassəli, yavaş proqressivləşən şiş sayılır. 
Xəstələrin yaşı çox olduğundan onlar digər xəstəliklərdən tələf olur, nəinki Kapoşi 
sarkomasının təhlükəli həddə çatana qədər.
Yatrogen immunsupressiya zamanı yaranan Kapoşi sarkoması haqqinda o məlum-
dur ki, immunsupressiyanın kəsilməsi onun spontan reqressiyasma səbəb ola bilər 
Bu qrup pasiyentlərdə aqressiv formalı gediş nadir hallarda rast gəlinir. Şişin spontan 
reqressiyasının mümkünlüyü belə bir sual yaradır ki, həqiqətənmi belə hallarda söh-
bət bədxassəli şişdən gedir, yoxsa damarların xoşxassəli proliferasiyasının sitokinləri 


416
tərəfındən törədilir.
Afrikan endemik Kapoşi sarkoması həm klassik Kapoşi zamanı sarkoması kimi az 
bədxassəlidir, həm də tez bir zamanda ölümə gətirib çıxaran aqressiv xarakterli gedişilə 
(xüsusilə, uşaqlarda limfadenopatik forma).
İİV assosiasiyalı Kapoşi sarkoması olduqca dəyişkəndir. Uzun illər xroniki stasionar 
vəziyyətdə qala bilən ayrı-ayrı düyünlər və ləkələrlə yanaşı, disseminasiyalı, limfa dü-
yünlərinin və daxili orqanlarm prosesə cəlb olunması ilə gedən çox tez proqressivləşən 
variantları ilə vardır. Aqressiv və infıltrativ böyüyən şiş bir neçə həftə ərzində pasiyen-
tin ölümünə gətirib çıxara bilir. Ağciyərlərdə Kapoşi sarkoması zamanı şişin bədxassəli 
klonal böyüməsi sübut olunmuşdur. İİV xəstəliklər zamanı opportunistik infeksiyalar 
kontrola yaxşı tabe olduğundan (erkən müalicə, uzunmüddətli profilaktika) disseminə 
olunmuş epidemik Kapoşi sarkoması limfoma ilə birlikdə QİÇS zamanı ölümün əsas 
səbəblərindən sayılır.
İIV— assosiasiyalı epidemik Kapoşi sarkomasının mərhələli klassifikasiya
Erkən mərhələ (yaxşı proqnoz)
Gecikmiş mərhələ (pis proqnoz)
Aşağıda sadalanan bütün şərtlərə əməl 
olunması zamanı
Növbəti şərtlərdən yalnız birinin yerinə 
yetirilməsi zamanı
1.Şiş
Kapoşi sarkoması dəri və / və ya limfa 
düyünləri ilə məhdudlaşır, bütün hallarda 
oral cəlb olunma minimaldır (sərt damaqda 
ocaqyoxdur)
2. İmmun status
CD 4 hüceyrələri > 200/ml 
CD 4 hüceyrələri < 200 / ml
Opportunıstık 
ınfeksıyaların 
yoxlugu
“Mundsoor və İİV ınfeksıyasının
B2-sımptomatıkasının olması” 
Anamnezdə opportunistik infeksiyalar
Mundosoor, bədxassəli limfoma və ya 
İİV assosiasiyalı nevroloji xəstəliklər, İİV 
infeksiyasının B-sımptomatıkası
Qeyd: B2 simptomatika - məlum olmayan qızdırma, gecə tərləmələri və ya 2 həftədən çox
davam edən diareya, 10%-dən çox çəki itkisi.
Müalicə
Kapoşi sarkomasının terapiyasmm ümumi qəbul olunmuş standart sxemi hələ ki, 
yoxdur. İİV infeksiyalı pasiyentlər, assosiotiv Kapoşi sarkomasının diaqnozu zamanı 
hələ ki, heç bir virus əleyhinə müalicə almayıblar, onlar onu istənilən halda almalıdır-
lar. Frankfurt universitetinin klinikasının müşahidələrinə əsasən kifayət qədər antivirus 
terapiyası pasiyentlərin bəzilərində Kapoşi sarkomasınm stabilizasiyasına və hətta onun 
reqessiyasına gətirib çıxarır. Müasir bilik səviyəsinə əsaslanaraq, virus əleyhinə revers 
transkriptazanın bir və ya iki ingibitorunun proteinazanın ingibitoru ilə kombinasiyası 
məsləhət görülür.


417

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin