Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə308/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   304   305   306   307   308   309   310   311   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dərinin patomorfologiyası
Hiperkeratoz, epidermisin dənəli qatı dəyişilməmişdir və ya azacıq qalınlaşmışdır, 
akantoz.
Laborator müayinələr
Bakteroloji əkmə ikincili bakterial infeksiyaları və sepsisi istisna etməyə imkan verir 
(xüsusilə də yenidoğulmuşlarda).
Differensial diiaqnoz
X- ilgili ixtioz, epidermolitik ixtioz, Neterton sindromu, trixotiodistrofiya.
Müalicə
Yenidoğulmuşları müxtəlif reanimasiya otaqlarına yerləşdirirlər. Küveytlərdə hava-
nın yüksək rütubətdə olması təmin edilir. Yumşaldıcı vasitələr tətbiq olunur. Su-elektro-


425
lit tarazlığı və infeksiyanın əlamətləri üzərində müşahidə aparırlar.
Valideynlərə xəbərdarlıq etmək lazımdır ki, fiziki iş, qızdırma və isti hava bədə-
nin qızmasına və günvurmaya səbəb olur. Dərinin su ilə yuyulması, isladılması, nəm 
mələfəyə bürünməsi müsbət təsir göstərir.
Yerli terapiya. Yumşaldıcı vasitələr (vazelin), həmçinin keratolitik vasitələr (propi-
lenqlikol) təyin olunur. Propilenqlikol 44-60%-li sulu məhlul şəklində tətbiq olunur, 
onu duş qəbul etdikdən sonra dəriyə sürtür və polietilen plenkadan ibarət “pijama” ge-
yirlər. Vəziyyət yaxşılaşdıqdan sonra bu müalicə metodu həftədə 1 dəfə tətbiq olunur. 
Həmçinin digər vasitələrdən də istifadə edilir: salisil turşusu, sidik cövhəri (10-20%-li), 
müxtəlif konsentrasiyalarda süd turşusu (“Solkokerasal” məlhəmi).
Ümumi terapiya. Tretinoin, asitretin və az hallarda izotretinoin səmərəlidir. Sutkalıq 
doza 1 kq bədən çəkisinə 0,5-1,0 mq təşkil edir. Retinoidlərin teratogen təsiri nəticəsin-
də müalicə dövründə kontraseptivlərin işlədilməsi vacibdir.
EPİDERMOLİTİK İXTİOZ
Sinonimlər: anadangəlmə bullyoz ixtiozformalı Brok eritrodermiyası, epidermolitik 
hiperkeratoz, bullyoz ixtioz, ichthyosis epidermolytica, ixtiozformalı eritrodermiyanın 
bullyoz tipi, epidermolitik generalizə olunmuş hiperkeratoz, bullyoz ixtiozformalı hiper-
keratoz, anadangəlmə universal akantokeratoliz.
Epidermolitik ixtioz – çox nadir anadangəlmə xəstəlikdir, onun üçün eritrodermiya, 
bullyoz səpgilər, hiperkeratotik xətvari dəyişikliklər səciyyəvidir. Xəstəlik anadangəlmə 
ola bilər və ya anadan olduqdan sonra tezliklə başlanır. Xarakterik əlamət – qovuqlardır. 
Vaxt keçdikcə qovuqlar itir, ön plana dərinin qeyri-bərabər buynuzlaşması çıxır. Dəri 
büküşlərində, dirsək, dizaltı çüxurlarda ziyilli törəmələr əmələ gələ bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin