422
jama» geyinirlər. Vəziyyət yaxışlaşdıqdan sonra bu müalicə metodu həftədə 1 dəfə və
ya daha az hallarda tətbiq olunur. Salisil turşusu, sidik cövhəri (10-20%), qlikol və süd
turşusu müxtəlif dərman formaları şəklində («Solkokerasal» məlhəmi) tətbiq olunur.
Süd və qlikol turşusu qabıqverməni azaldır.
Sistem şəkildə istifadə edilən retinoidlər (izotretinoin, asitretin, etretinat) ixtiozun
bütün 4 formasında səmərəlidir. Ağır hallarda retinoidlər uzun müddət müvəqqəti fa-
silələrlə tətbiq olunur.
X- İLGİLİ İXTİOZ
Sinonimlər: cinslə ilgili olan ixtioz; X-xromosomla ilgili ixtioz; resessiv X- ilgili
ixtioz.
İxtiozun bu forması ilə yalnız kişilər xəstələnirlər. Doğulduqdan sonra tezliklə ya-
naqda, ətraflarda, bədəndə və sağrılarda iri tünd-qəhvəyi rəngli, palçığa oxşar pulcuqlar
əmələ gəlir. Xəstəlik anadangəlmə ola bilər və ya həyatının ilk aylarında başlayır. Yalnız
kişilər xəstələnirlər. İrsiyyət tipi – resessiv, X-xromosomla ilgili, lokus Xr22.32. İrsi
şərtlənmiş qüsur – sterolsulfatazanın çatmamazlığı. Rast gəlmə tezliyi 1:2 000 ilə 1:6
000 arasında dəyişir.
Patogenez
Sterolsulfatazanın çatmamazlığı nəticəsində retension hiperkeratoz inkişaf edir: hü-
ceyrələr arasında əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin
zəifləməsi. Keratinositlərin proliferasiyası pozulmamışdır.
Klinik şəkil
Səpgi elementləri: dəriyə sıx yapışmış iri pulcuqlar; unabənzər qabıqlanma səciyyəvi
deyildir. Tünd-qəhvəyi rəngli, palçığa bənzəyir. Lokalizasiyası: boynun arxa səthi, sai-
din xarici səthi, dirsək oynaqları və dizaltı çüxurlar, gövdə. Dəri büküşlərində səpgilər
azdır. Ovuclar, dabanlar və üz zədələnməmişdir. Follikulyar keratoz da yoxdur. Göz-
lərdə: xəstələrin yarısında buynuz qişanın tutqunlaşması (ocaq stromada yerləşmişdir,
vergül formasına bənzəyir) aşkar edilir. Bəzən defekt gen üzrə heteroziqot olan qa-
dınlarda buynuz qişanın tutqunlaşması müşahidə olunur. Cinsiyyət orqanları: xəstələrin
20%-də kriptorxizm rast gəlir. Adi ixtiozdan fərqli olaraq, yaş artdıqca vəziyyət yaxşı-
laşmır. Xəstəlik qışda və ya daha soyuq iqlimlə əvəz olunduqda kəskinləşir. Cift sterol-
sulfatazanın çatmamazlığı üzündən xəstə uşağın doğulması adətən zəif doğuş fəaliyyəti
ilə müşayiət olunur.
Diaqnoz
Klinik şəkil və ailə anamnezi. Prenatal diaqnostika: amniosentez və xlorion xovları-
nın müayinəsi sterolsulfatazanın çatmamazlığını aşkar etməyə imkan verir.
Dostları ilə paylaş: