423
Dərinin patomorfologiyası
Hiperkeratoz; epidermisin dənəli qatı dəyişməmişdir.
Müalicə
Yerli olaraq yumşaldıcı vasitələr təyin olunur, onların arasında ən adi vasitə vazelin-
dir. Keratolitik vasitələrdən propilenqlikol istifadə olunur. Müalicə yuxuya getməzdən
əvvəl aparılır. 44-60% propilenqlikolun sulu məhlulu vanna qəbulundan sonra dəriyə
sürtülür və polietilen plenkasından ibarət «pijama» geyinirlər. Vəziyyət yaxşılaşdıqdan
sonra bu müalicə metodunu həftədə 1 dəfə və ya daha az hallarda tətbiq edirlər. Salisil
turşusu, sidik cövhəri (10-20%-li), qlikol və süd turşusu müxtəlif dərman formalarında
(«Solkokerasal» məlhəmi) işlədilir. Ümumi müalicə: daxilə etretinat və ya asitretin təyin
edirlər. Sutkalıq doza 0,5-1,0 mq/kq. Vəziyyət yaxşılaşdıqdan sonra doza minimal həddə
çatana qədər tədricən azaldılır. Müntəzəm olaraq qanın ümumi və biokimyəvi müayinə-
si (lipid profili də daxil olmaqla), uzunmüddətli müalicə zamanı – həmçinin rentgenoq-
rafiya (yumşaq toxumaların əhəngləşməsi, diffuz hiperkeratoz) aparılır.
LAMELLYAR İXTİOZ
Sinonimlər: laylı ixtioz, ichthyosis lamellaris, ixtiozformalı quru eritrodermiya, ye-
nidoğulmuşların qatlı eksfoliasiyası, yenidoğulmuşların kolloid dərisi.
Lamellyar ixtioz – anadangəlmə xəstəlik olub eritrodermiya, qatlı hiperkeratoz, ekt-
ropion, fotofobiya səciyyəvidir. Bu xəstəlik zamanı yenidoğulmuşun dərisi adətən kol-
loidi xatırladan lövhə ilə örtülmüşdür (bu vəziyyət “kolloid döl” kimi məlumdur). Vaxt
keçdikcə nazik təbəqə iri kobud pulcuqlara çevrilir ki, onlar bədənin hamısını, dəri bü-
küşlərini (ovuclar və dabanlar da daxil olmaqla) örtür. Bədən ömrünün sonuna qədər bu
zirehin içərisində qalır. Kişilər və qadınlar eyni dərəcədə xəstələnirlər.
Dostları ilə paylaş: