Afrika endemik Kapoşi sarkoması Ekvatorial Afrika və Haiti sakinləri arasında inkişaf edir. Qeyd olunur ki, Kapoşi
sarkomasının tezliyi Epşteyn-Barr virusunun, sitomeqaliyanın endemik ocaqları olan,
cüzam və vərəmin yüksək tezliyi olan tropik yağışlı zonanm əhalisi arasında kəs-
kin artır. Endemik Kapoşi sarkomasının 3 əsas variantı ayırd edilir. Birinci - klassik
formaya uyğun gəlir. İkinci variant - aqressiv - adətən gənc zəncilərdən inkişaf edir və
lokallaşmış və ya disseminə olunmuş limfadenopatik formada keçə bilər. Lokallaşmış
aqressiv Kapoşi sarkoması dəridə infıltratlaşmış, ekzofit və ya vegetasiya edən şişlərin
əmələ gəlməsi ilə xarakterizə olaraq tez bir zamanda dərialtı piy toxumasma və ətraf
toxumalara, həmçinin sümüklərə yayılma tendensiyasma malikdir. Üçüncü ağır variant
(disseminə olunmuş limfadenopatik Kapoşi sarkoması) uşaqlar və yeniyetmələr ara-
sında yüksək xəstələnmə ilə, visseral zədələnmələrin yüksək tezliyi ilə, çox vaxt dəri
əlamətləri olmadan limfa düyünlərinin diffüz zədələnməsi ilə və dəridə əmələ gələn
ocaqlarının tez-tez xoralaşması ilə tez bir zamanda letal nəticə verən bədxassəli gedişlə
xarakterizə olunur. Ölum praktik olaraq bütün xəstələrdə 1 il ərzində baş verir.
İİV assosiasiyalı epidemik Kapoşi sarkoması İİV assosiasiyalı epidemik Kapoşi sarkoması 20-26% hallarda İİV infeksiyası zama-
nı əsas klinik marker kimi 7-15% hallarda pnevmosist ilə müştərək rast gəlinir. İİV/
QİÇS infeksiyalarının törədicisi CD 4 antigenli hüceyrələrə qarşı tropluğa malikdir,
bu da təkcə T-limfositlər / helperlərdə deyil, həmçinin damar epiteli hüceyrələrində də
yerləşir və xəstəliyin patogenezində mühüm rol oynaya bilir. İİV infeksiyalı xəstələrdə
morfoloji strukturuna görə heterogen şiş aqressiv gedişə malikdir, generalizasiyaya və
daxili orqanların zədələnməsinə meyillidir. İİV assosiasiyalı Kapoşi sarkoması dəridə
və ağız boşluğunun selikli qişasında çoxlu miqdarda yayılmış səpgilərin əmələ gəlməsi
ilə xarakterizə olunur. Ocaqlar dəri örtüyünün istənilən sahəsində, həmçinin başın (xü-
susilə üz, qulaq seyvanı), boyunun, gövdənin, ovucun, ayaq altının dərisində meydana
çıxa bilər. Onlar tək və lokallaşmış, bir neçə müddət eyni sahədə (üz, qarın, ətraflar)
konsentrasiya oluna bilər, lakin sonradan tez bir zamanda disseminasiya tendensiyasına
malikdir.