İltihab (yunanca “phloqos”; latınca “inflammation” – alovlandırmaq) – təkamül prosesində formalaşmış tipik patoloji proses olub, orqanizmin yerli zədələnməyə qarşı kompleksşəkilli cavab reaksiyasıdır.
Alterasiya, ekssudasiya və proliferasiya ilə müşayiət olunur.
İltihabın bioloji əhəmiyyəti patoloji amilin zədələnmə nahiyəsində tutulub saxlanmasından, onun məhvindən, zədələnmə əlamətlərinin aradan qaldırılmasından və toxumaların tamlığının bərpa olunmasından ibarətdir.
İltihabın etiologiyası
Flaqogenlər Ekzogen mənşəli
Mexanikiamillər
Fiziki amillər
Kimyəvi amillər
Bioloji amillər
Endogen mənşəli
Bədxassəli şişlərin parçalanma məhsulları Presipitasiya edən immun kompleksləri Öd turşularım (sarılıq zamanı selikli va seroz qişaların zədələnməsi), Azotlu birləşmələrin toksik parçalanma məhsullarını (uremik qastrit, uremik perikardit) və s
Alterasiya Ekssudasiya və emiqrasiya Proliferasiya
Alterasiya
Alterasiya (latınca “alterare” –dəyişdirmək) toxumaların zədələnməsi, onların trofikasının və maddələr mübadiləsinin, quruluş və funksiyalarının pozulmasıdır. Hər bir iltihabi proses floqogen amilin növündən asılı olmayaraq, toxuma və hüceyrələrin zədələnməsi – alterasiya ilə başlayır.
Birincili alterasiya patogen amilin toxuma və hüceyrələrə bilavasitə təsiri nəticəsində meydana çıxır, onun təzahürü floqogen amilin intensivliyindən, zədələnmənin lokalizasiyasından, sahəsindən, orqanizmin reaktivliyindən və rezistentliyindən asılıdır.
Lizosomların zədələnməsi birincili alterasiyaya xasdır. Lisosomlara «iltihabın start meydançası» deyilir.