Azərbaycan Tibb Universiteti



Yüklə 60,81 Kb.
səhifə14/20
tarix19.12.2023
ölçüsü60,81 Kb.
#187058
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Patfiz.İltihab.Qızdırma-1

Faqositoz

  • Yad hissəciklərin, o cümlədən mikroorqanizmlərin faqositlər tərəfindən fəal şəkildə udulması, lizisə uğradılması və zərərsizləşdirilməsi prosesidir.
  • Faqositozun aşağıdakı mərhələləri ayırd edilir: xemotaksis, adheziya, udmahüceyrədaxili həzm.
  • Xemotaksis (yaxınlaşma) mərhələsi. Faqositlərin xemotaksisi xemotaksinlərin təsiri altında baş verir. Xemotaksinlər ekzogen və endogen olmaqla iki qrupa bölünür. Ekzogen xemotaksinlərə bakterial lipopolisaxaridlər (qram-), bakteriya divarının parçalanma məhsulları (muramil dipeptid, N-formil metionin) (qram+) aiddir. Endogen xemotaksinlər arasında isə C5a, LTB4, IL-8, PAF böyük əhəmiyyət kəsb edir.

Adheziya (yapışma) mərhələsi

  • Bu mərhələdə faqosit faqositoz obyektinə yapışır. Adheziya reseptorun iştirakı olmadan (bu zaman faqositlərin səthi mənfi yüklü olduğuna görə müsbət yüklənmiş faqositoz obyekti ona asanlıqla yapışır) və ya reseptor vasitəsilə (bu zaman adheziya faqositlərin səthində bir çox mikroorqanizmlərə və ölmüş hüceyrələrə birləşə bilən səthi reseptorların və ya mikrobların üzərini bürüyərək, onları faqositoz üçün hədəf halına gətirən opsoninlərin iştirakı ilə reallaşır) həyata keçirilir. Opsoninlər arasında IgG, komplementin C3b komponenti və kollektinlər faqositoz üçün daha əhəmiyyətlidir. Bundan əlavə, C-reaktiv zülal, fibronektin, taftsin də opsonin xassəsinə malikdir.
  • Udma mərhələsi

  • Əvvəlcə faqosit psevdopodiləri ilə faqositoz obyektini əhatə edərək, udur və faqosom əmələ gəlir. Faqosit daxilində faqosom lizosomla birləşir və faqolizosom formalaşır. Faqolizosomun əmələ gəlməsində sitoskeletin mikrofilamentləri, Ca2+ və proteinkinaza C iştirak edir. Faqositoz obyektinin faqositlər (leykositlər) tərəfindən udulması onlardan iltihab mediatorlarınınn azad olmasına və iltihab ekssudatının tərkibinə keçməsinə səbəb olur.

Hüceyrədaxili həzm mərhələsi.

  • Bu mərhələdə faqositlərin bakterisid sisteminin vasitəsilə bakteriyalar məhv edilir, yəni hüceyrədaxili sitoliz həyata keçirilir. Leykositlərdə iki bakterisid mexanizm fəaliyyət göstərir:
  • Oksigendən asılı bakterisid mexanizm faqolizosom daxilində oksigenin aktiv formalarının əmələ gəlməsi ilə əlaqədardır. Əmələ gələn hidrogen peroksid bir çox bakteriyaları məhv etmək üçün yetərli olmadıqda neytrofillərin lizosomlarında yerləşən (azurofil qranullarda) mieloperoksidaza fermenti xlorun iştirakı ilə H2O2-ni hipoxloridə (OClˉ) çevirir. Hipoxlorid güclü oksidləşdirici və antimikrob təsirə malikdir. Məhv edilən bakteriya qalıqları isə lizosomların hidrolitik fermentlərinin köməyi ilə hidroliz olunur. NO da belə effektə malikdir.
  • Leykositlərin oksigendən asılı olmayan bakterisid sisteminə kation zülallar (helmintlərə toksik təsir göstərir), lizosim (bakteriyaların səthindəki qlikoproteinləri – muramil turşusunu hidroliz edir), laktoferrin (bakteriya fermentlərinin fəaliyyəti üçün vacib kofaktor olan dəmirlə birləşərək, onları inaktivləşdirir), bakterial keçiriciliyi artıran protein (fosfolipazanı aktivləşdirməklə bakteriya membranındakı fosfolipidləri parçalayır), defensinlər (bakteriya membranını perforasiya edərək, onları osmotik lizisə uğradır) və s. aiddir.
  • Bəzi mikroorqanizmlər faqositin daxilində uzun müddət öz həyat fəaliyyətlərini qoruyub saxlaya bilir. Faqositozun bu forması natamam faqositoz adlanır.

Yüklə 60,81 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin